Azərbaycan İdeyası

Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!

Tarix:Bu gün, 16:48
Baxış Sayı:106

[justify]“...Hakimlərin qanuna zidd əməlləri barədə təsdiqedici xüsusatları Məhkəmə-Hüquq Şurasına təqdim edə bilərsiniz!”

Azərbaycan Respublikasının Baş prokuroru
cənab Kamran Əliyevə


Sürəti: Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Sürəti: Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Əkbər İsmayılova
Surəti: Bakı şəhər Səbail Rayon Polis İdarəsinin rəisi cənab Hikmət Qasımova
Surəti: Yasamal Rayon Polis İdarəsinin rəisi cənab Cəmil Əmirova
Surəti: Nizami Rayon Polis İdarəsinin rəisi cənab Ədalət Abbasova
Surəti: Sabunçu Rayon Polis İdarəsinin rəisi cənab Cavid Muradova
Surəti: Binəqədi Rayon Polis İdarəsinin rəisi cənab İlqar Məmmədova
Surəti: Xətai Rayon Polis İdarəsinin rəisi cənab Vaqif Müslümova
Surəti: Xəzər Rayon Polis İdarəsinin rəisi cənab Əli İbrahimova
Surəti: Nəsimi Rayon Polis İdarəsinin rəisi cənab Mirnemət Mirbabayevə
Surəti: Qaradağ rayon Polis İdarəsinin rəisi cənab Füzuli Əhmədova

“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Əhliman qızı tərəfindən +994(50)-552-52-38

Ə R İ Z Ə

Hörmətli Baş prokuror cənab Kamran Əliyev!
Hörmətli nazir Vilayət Eyvazov və Bakı şəhər və rayon polis idarələrinin rəisləri!
Yüksək səviyyədə himayə olunduqlarına və bu səbəbdən də törətdikləri cinayət əməllərinə məsuliyyətə cəlb edilməyəcəklərinə əmin olduqları səbəbindən Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət və Cinayət Prossesual Məcəlləsinin tələblərinə aşkar hörmətsizlik edərək şifahi göstərişlə və tamah məqsədi ilə öz vətəndaşlarına qarşı xüsusi ağır cinayət faktları törətmiş və sonralar 10 il, 20 ildən sonra cinayət məsuliyyətinə cəlb edilərək, müttəhimlər kürsüsündə əyləşən 2 məlum cinayətkar dəstə üzvlərinin üzləşdikləri faciələrə diqqət çəkmək istəyirik... Daxili İşlər Nazirliyinin mərkəzi aparatında illərlə məskunlaşmış və vətəndaşların konstitutsion hüquqlarını qorumaq bir nömrəli vəzifə borcları olduğu halda, polkovnik Hacı Məmmədovun adı ilə hallanan cinayətkar dəstə üzvləri nəinki vətəndaşlara qarşı, həm də prokuror, daxili işlər orqanları əməkdaşlarına qarşı illərlə silsiləli xüsusi ağır, o cümlədən, qətl hadislərini də törətməkdən də çəkinməmişlər. Prezident cənab İlham Əliyevin şəxsi müdaxiləsindən sonra, nəhayət, həmin cinayətkar dəstə üzvləri cinayət məsuliyyətinə cəlb edilərək, ifşa edilməklə müttəhimlər kürsüsündə əyləşmiş barələrində uzun müdddətli ömürlük həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarıldı. Ən dəhşətlisi də bu fakt idi ki, həmin dəstə üzvləri cinayət məsuliyyətiunə cəlb edildikdə məlum oldu ki, həmin dəstə üzvlərinin törətdikləri silsiləli cinayət əməllərindən həm Daxili İşlər naziri Ramil Usubov, həm də Baş prokuror Zakir Qaralov cənabları məlumatlı olsalar da, lakin, həmin dəstə üzvlərinin əvvəlcədən planlaşdırdıqları cinayət əməllərinin qarşısını almaq, onları zərərsizləşdirmək müqəddəs vəzifə borcları olsa da, lakin, nə nazir Ramil Usubov, nə də Baş prokuror Zakir Qaralov vəzifə borclarını qəsdən icra etməmişlər. Bu günə qədər də onların hər birindən vəzifə borclarını icra etməmələrinin səbəbinə hələ də aydınlıq gətirilib, Azərbaycan vətəndaşlarına məlumat verilməyib!!!
Hörmətli Baş prokuror Kamran Əliyev!
Bildiyiniz kimi, polkovnik Hacı Məmmədov sonuncu məhkəmə iclasında çıxış edərkən vurğuladı ki, mən Rövşən Əliyevi, Fətulla Hüseynovu pula görə qətlə yetirməmişəm, mən onları vəzifə asılılığında olduğum vəzifəli şəxsin göstərişi əsasında qətlə yetirdim!!! Nə cinayət işinin məhkəmə istintaqını aparan məhkəmə kollegiya üzvləri, nə də dövlət ittihamçısı, Baş prokuror həmin qətl hadisələrinin törədilməsini Hacı Məmmədova sifariş verən şəxsin kim olduğunu sual verib soruşan olmadı və həmin qətnamələrin sifarişçisi məsuliyyətdən kənarlaşdırıldı! Hacı Məmmədovun və dəstə üzvlərinin talehi isə artıq hamıya məlumdur! Hacı Məmmədovun uzun illər Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında işləməklə törətdiyi cinayət əməllərinin üstünün açılmamasına əmin olsa da və bu səbəbdən də vətəndaşlara qarşı silsiləli xüsusi ağır cinayət əməllərinin qarşısı, onun gözləmədiyi halda, yalnız Prezidentin müdaxiləsindən sonra onu və digər dəstə üzvlərini cinayət məsuliyyətinə cəlb edilərək, ifşa etmək mümkün oldu. Biz bu son dərəcə dəhşətli və Daxili İşlər orqanları əməkdaşları üçün qara ləkə olan bu faktı ona görə xartırladırıq ki, nəinki biz, eləcə də, əksər ölkə vətəndaşları düşündülər ki, polkovnik Hacı Məmmədovun və onun bilavasitə rəhbərlik etdiyi digər dəstə üzvlərinin taleyindən nəinki Daxili İşlər Nazirliyinin, eləcə də, prokurorluq, məhkəmə və ədliyyə sistemində çalışan əməkdaşları özləri üçün ibrət dərsi götürməklə, dövlətin Konstitusiyasının və digər qanunvericilik aktlarının təıləblərinə hörmətlə yanaşıb, vəzifə borclarını vicdanla, ləyaqətlə icra edəcəklər. Lakin təəssüflər olsun ki, ötən 16 il ərzində mənə və ailə üzvlərimə qarşı dələduz, cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girən Yasamal Rayon Məhkəməsinin, Bakı Apellyasiya və Ali Məhkəmənin bir qrup korrupsioner, cinayətkar hakimləri tərəfindən mənə və övladlarıma məxsus olan Bakı şəh., Ə.Hüseynzadə küç., ev 28 ünvanındakı evin mülkiyyət hüququnun məndən xəbərsiz oğurlanaraq mənimsənilmiş, Dənyalov Elsaldarın adına rəsmiləşdirməklə törədilən xüsusi ağır cinayət faktlarının illərlə açılmamış qalması, cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun və ondan da ictimai təhlükəli cinayətkar hakimlərin hələ də cinayət məsuliyyətinə cəlb edilməmələri və bu cinayət faktıyla əlaqədar Daxili İşlər naziri cənab Vilayət Eyvazova ünvanladığımız cinayət işi halında sənədləşdirilmiş ərizələrim və ona əlavə edilən həmin fakt barədə “Korrupsiya və Qanun” qəzetinin səhifələrində silsiləli şəkildə - 20 dəfə dərc edilən materialların Nazirlik tərəfindən aidiyyatı üzrə Məhkəmə-Hüquq Şurasına deyil, Bakı şəhər Baş Polis İdarəsinə, oradan da Yasamal rayon prokuroru cənab Elman Süleymanova göndərilir. Sonuncu dəfə isə həmin xüsusi ağır cinayət faktıyla əlaqədar nazir Vilayət Eyvazova ünvanladığımız müraciətin nazirlik tərəfindənn Bakı Baş Polis İdarəsinə, oradan da həmin Baş idarənin İstintaq və Təhqiqat Baş İdarəsinin rəis müavini, Tərlan Zeynalov tərəfindən 12.05.2025-ci il tarixdə 3-13-44-21/2-1664 saylı Nəsimi RPİ-nə göndərilməsi, oradan da hələlik kimliyi məlum olmayan vəzifəli şəxs tərəfindən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə göndərilməsi və ondan da həmin bölmənin rəisi Toğrul Hüseynov tərəfindən 02.06.2025-ci il tarixli, 51-3/2-8147 saylı məktubla Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə ötürülməsi faktları belə qənaətə gəlməyə əsas verir ki, nə Daxili işlər naziri cənab Vilayət Eyvazov, nə Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Tərlan Zeynalov, polkovnik Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstə üzvlərinin əməllərindən, talelərindən özləri üçün hələ də nəticə çıxarmayıblar!!! Məhz bu səbəbdən də Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən hakimlərdən ibarət cinayətkar dəstənin törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək niyyəti ilə bizim müraciətlərimizi ölkə Konstitusiyasının və CPM-nin 1.2.1; 1.3; 45; 48; 207 və 213-cü maddələrinin tələblərinə əməl etməyərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hörmətsizlik etməklə, ötür-ötür variantından istifadə etməklə, hakimlərin qrup halında vətəndaşlara qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri Ali Məhkəmədə, Məhkəmə-Hüqüq Şurasında on illərlə kimlər tərəfindən necə gizlədilir?!
Hörmətli cənab Kamran Əliyev!
Bildiyiniz kimi, hörmətli ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə xalqa müraciət edərək, vətəndaşlardan üzləşdikləri hüquq pozuntuları, məmur özbaşınalıqları barədə onu malumatlandırmalarını tələb etmişdir. Prezidentin bu tələbini, eləcə də, CPM-nin 307-ci maddəsinin - baş vermiş cinayət hadisəsinin gizlədilməsinin cinayət məsuliyyəti yaratdığını mənə və övladlarıma qarşı baş vermiş xüsusi ağır cinayət faktı nəticəsində konstitutsion mülkiyyət, mənzil hüquqlarıma qarşı yönələn cinayətkar qəsdin nəticələrini aradan qaldırmaq məqsədi ilə dələduz cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən hakimlərdən ibarət cinayətkar dəstənin cinayət məsuliyyətinə cəlb edilərək, ifşa edilmələri məqsədi ilə dəfələrlə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına təsisçisi olduğum “Korruspiya və Qanun” qəzetinin səhifələrində 2019-cu ilin fevral ayından 23.04.2025-ci ilədək həmin baş vermiş xüsusi ağır cinayət faktları barədə xəyanətkar hakimlər tərəfindən Azərbaycan dövləti adından qəbul edilən ədalətsiz, saxta məhkəmə aktlarının qəbul edildiyi tarixləri qeyd edilməklə onların adları, soyadları göztərilməklə yol verdikləri vəzifə saxtakarlıqları xronoloji ardıcıllıqla göstərilmiş, 22 dəfə materiallar dərc edilmişdir!!! Bu səbəbdən də Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən Yasamal Rayon Məhkəməsinin, Bakı Apellyasiya və Ali Məhkəmələrinin hakimlərinin “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı mülkiyyət hüquqlarına qəsd edilməklə törədilən xüsusi ağır cinayət faktları barədə təkrar məlumat verməklə sizin dəyərli vaxtınıza qənaət etmək məqsədi ilə həmin cinayət faktının baş verdiyi ilkin epizodlarını qısa şəkildə nəzərinizə şatdırmağı zəruri hesab edirəm.
06.03.2008-ci il tarixində qardaşım Abbasov Altay Əhliman oğlu heç vaxt tanımadığım Dənyalov Elsaldar Şahmərdan oğlu ilə ondan borc aldığı 15.000 (on beş min) manat maliyyə vəsaiti ilə əlaqədar 3 ay ərzində həmin vəsaiti sonuncuya qaytarmaq şərti ilə faktiki olaraq onunla borc müqaviləsi bağlamaq qərarına gəlir. Dənyalov Elsaldar Şahmərdan oğlu həmin borcun təminatı üçün Abbasov Altaydan girov qoymasını tələb edir. Altayın mülkiyyətində evi, maşını olmadığı səbəbindən, o, bacısı - Xuraman Əhliman qızı Quliyevanın mülkiyyətində olan Bakı şəhəri, Ə.Hüseynzadə küç., ev 28 ünvanında yerləşən 2 otaqlı evini Dənyalov Elsaldar Şahmərdan oğlu ilə bağlamaq istədiyi həmin borc müqaviləsinin təminatı kimi girov qoymasını xahiş edir və söz verir ki, 3 ay müddətində Dənyalov Elsaldar Şahmərdan oğlundan qəbul etdiyi 15.000 AZN maliyyə vəsaiti qaytarmaqla evini girovdan çıxaracaq. Xuraman Əhliman qızı Quliyeva qardaşı Abbasov Altaya inanır və Dənyalov Elsaldar Şahmərdan oğlu ilə rəsmi borc müqaviləsi bağlamaq üçün təqdim edilən sənədləri imzalayır, eləcə də, həmin sənədlər Xuraman Əhliman qızı Quliyevanın mülkiyyətində olan girov qoyulan evdə qeydiyyatda olan şəxslər - övladları tərəfindən imzalanır. Üç aydan sonra bir neçə dəfə mən - Xuraman Əhliman qızı Quliyeva qardaşı - Abbasov Altaya telefonla zəng edərək evimin girovdan çıxarıb-çıxarmadığı ilə maraqlanarkən hər dəfə bildirdi ki, narahat olma, bir-iki aya evini girovdan çıxaracam, mən isə onun sözlərinə inanıb, evimi girovdan çıxaracağı anı gözləməli oldum... Dənyalov Elsaldar Şahmərdan oğlu ilə ona verdiyi 15.000 manat maliyyə vəsaiti ilə əalqədar bağladığı müqavilənin 3 ay müddəti bitdikdən sonra nə faktiki müqavilə bağladığı Abbasov Altay Əhliman oğlunu, nə də görüntü yaratmaq məqsədi ilə formal hüquqi əsasla müqavilə bağladığı Xuraman Əhliman qızı Quliyevanı məlumatlandırmır, bu və ya digər xəbərdarlıq etmədən Abbasov Altay Əhliman oğluna borc verdiyi aylara görə həmin məbləğin faizini tələb etmək barədə deyil, həmin borc müqaviləsinin təminatı kimi girov qoyulan Xuraman Əhliman qızı Quliyevaya məxsus evin hərraca çıxarılıb satılması və əldə edilən vəsait heabına borcun ödənilməsi tələbi ilə 27.02.2009-cu il tarixdə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə mraciət edir və mülki qanunvericiliyin tələbinə əsasən həmin iddia ərizəsinin sürətini cavbadeh tərəfə təqdim edilməsi həm iddiaçı, həm də iddia ərizəsini araşdıran hakimdən tələb edilsə də, lakin, qanunvericiliyin bu tələbi həm iddiaçı, həm də Yasamal Rayon məhkəməsinin həmin iddiaçının iddia tələbini araşdıran hakim Məmmədova Südabə Əlislam qızı tərəfindən cinayətkar niyyətlə kobud şəkildə pozulur. Bundan başqa MPM-in 134; 168 maddələrinin tələbləri növbəti dəfə cinayətkar hakim Məmmədova Südabə Əlislam qızı tərəfindən pozularaq həmin mülki iş üzrə təyin olunan məhkəmənin keçirildiyi planlaşdırılan iclasın nə tarixi, nə də yeri barədə qarşı tərəfə, yəni, Xuraman Əhliman qızı Quliyevaya, nə də onun nümayəndəsi Abbasov Altay Əhliman oğluna müvafiq qaydada məlumat verilmədən 03.04.2009-cu il tarixdə Yasamal Rayon Məhkəməsinin inzibati binasında, yalnız, iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun iştirakı ilə keçirilən məhkəmə iclasında onun iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilir. İstər xəyanətkar hakim Məmmədova Südabə, istərsə də onunla cinayət əlaqəsinə girən iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu Xuraman Əhliman qızı Quliyevaya qarşı xüsusi ağır cinayət əməlləri törətdiklərini dəqiq bildikləri səbəbindən qətnamənin bir aydan sonra qanuni qüvvəyə minsə də, həmin qətnamənin mövcudluğundan xəbərsiz olan cavabdeh tərəf Xuraman Əhliman qızı Quliyeva tərəfindən mübahisələndirilıməsini nəzərə alaraq, onun icrasını uzun müddət - 5 il 5 ay 19 gün təxirə salmağı qərara alırlar. Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun iddia tələbinin təmin edilməsi barədə qəbul edilən məhkəmə qətnaməsi qarşı tərəfin məlumatı, iştirakı olmadan qəbul edildiyi kimi, həmin qətnamənin 22.09.2014-cü il tarixdə icrası da iş üzrə cavabdeh tərəf Xuraman Əhliman qızı Quliyevanın məlumatı, istirakı olmadan keçirilir!!! Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun sifarişi ilə Xuraman Əhliman qızı Quliyevanın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, ev 28 ünvanında yerləşən evi faktiki olaraq icra məmuru və hərrac təşkilatının rəhbəri tərəfindən oğurlanaraq 28.687.50 manat maliyyə vəsaitinə cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğluna satılır! 22.09.2014-cü il tarixdə saxta, cinayətkar və gizli yolla keçirilən hərracın yekun protokolunu əldə edən Dənyalov Elsaldar Şahmərdan oğlu 9 saylı notariat kontoruna gəlir və orada Bakı şəh.,Yasamal ray., Ə.Hüseynzadə küç., ev 28 ünvanında yerləşən evə Xuraman Əhliman qızı Quliyevanın adına verilən MH 0130769 saylı, 22.02.2008-ci il tarixli ÇIXARIŞ-ı ləğv etdirərək, həmin evə öz adına ÇIXARIŞ əldə etməklə onu oğurluq yolla mülkiyyətinə rəsmiləşdirir. Mülkiyyətinə keçirtdiyi həmin evdə qeydiyyatda olan və orada yaşayan Xuraman xanımın və övladlarının həmin evdə yaşamaq hüquqlarına xitam verilməsi tələbi ilə dələduz Dənyalov Elsaldar Şahərdan oğlu tələsmir!!! Acgöz Dənyalov Elsaldar Şahmərdan oğlu Yasamal rayon məhkəməsinin hakimi Südabə Əlislam qızı Məmmədova ilə cinayət əlaqəsinə girib, yalnız X.Ə.Quliyevanın mülkiyyətində olan 2 otaqlı, 80.000 manat dəyərində olan evini oğurluq yolu ilə mənimsəməklə kifayətlənmir. Yalnız hakim Məmmədova Südabənin Dənyalov Elsaldarla, ikisinin iştirak etdiyi məhkəmə iclasında sonuncunun Abbasov Altay Əhliman oğluna borc verdiyi 15.000 manat maliyyə vəsaitinin təminatı kimi bacısı - Xuraman Əhliman qızı Quliyevanın mülkiyyətində olan evinin hərraca çıxarılıb satılması və iddiaçının tələbinin təmin edilməsi barədə qəbul etdiyi cinayət tərkibli qətnamədən məlumatsız olan Abbasov Altay Əhliman oğlu bacısı X.Ə.Quliyevanın girov qoyduğu evini Dənyalov Elsaldar Şahmərdan oğlundan qaytarmaq məqsədi ilə ona ilkin ödəniş etdiyi 7.500 manat maliyyə vəsaitindən savayı 2012-ci il tarixində poçt vasitəsi ilə əlavə olaraq 7.000 manat maliyyə vəsaiti göndərir və nəticədə acgöz dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu girovda saxladığı, oğurladığı X.Ə.Quliyevanın mülkiyyətində olan evindən savayı onun qardaşı Abbasov Altay Əhliman oğlunun, ümumilikdə, 14.500 manat maliyyə vəsaitini də cinayət əlaqəsinə girdiyi Yasamal Rayon, Bakı Apellyasiya və Ali Məhkəmələrinin acgöz, korrupsioner hakimlərin vasitəsi ilə mənimsəyir!!!
Dənyalov Elsaldar Şahmərdan oğlu X.Ə.Quliyevanın və onun övladlarının mülkiyyətində olan evinə mülkiyyət hüquqlarını 22.09.2014-cü ildə mənimsədikdən 4 il 2 ay 11 gündən sonra, yəni, 03.12.2018-ci il tarixdə Xuraman Əhliman qızı Quliyeva və onun övladlarının Bakı şəh., Yasamal ray., Ə.Hüseynzadə küç., ev 28 ünvanında yerləşən, faktiki mülkiyyətlərində olan evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları ilə əlaqədar 2018-ci ilin noyabr ayında iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə ünvanladığı iddia tələbi cinayətkar hakim Məhərrəmova Xuraman Böyükağa qızı tərəfindən hərtərərfli, obyektiv, tam araşdırılmadan iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən Yasamal Rayon Məhkəməsinin cinayətkar hakimi Məmmədova Südabə Əlislam qızının X.Ə.Quliyevanın mülkiyyətində olan evinin hərraca çıxarılıb satılması, satışdan əldə edilən vəsait hesabına, guya, iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğluna olan borcunun ödənilməsi barədə 03.04.2009-cu il tarixdə saxta, ədalətsiz qətnamə qəbul etməklə törətdikləri cinayət əməllərini gizlətmək məqsədi ilə o da iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun iddia tələbinin təmin edilməsi barədə Azərbaycan dövləti adından xəcalət çəkmədən, məsuliyyət hisslərini itirərək ədalətsiz, saxta qətnamə qəbul edir!!!
Nə Dənyalov Elsaldar Şahmərdan oğlu və nə də onun X.Ə.Quliyevaya qarşı iddia tələbinin təmin edilməsi barədə 03.04.2009-cu il tarixdə qətnamə qəbul edən Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədova Südabə Əlislam qızı nə məqsədlə həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra “İcra Haqqında” Qanunun 8 və 12-ci maddələrinin tələblərinə uyğun 2 ay, müstəsna hallarda 3 ay müddətində icra edilməsi üçün icra məmurları tərəfindən icra tədbirlərinin həyata keçirilməsində maraqlı olmamışlar?! Nə məqsədlə həmin qətnamə cavabdeh qarşı tərəf olan X.Ə.Quliyevadan 9 il 8 ay müddətində, yəni, 03.12.2018-ci il tarixinədək ondan gizlədilmişdir?! Dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu ilə hakim Məmmədova Südabə Əlislam qızı bir-biri ilə cinayət əlaqəsinə girərək, törətdikləri cinayət əməlləri nəticəsində 06.08.2008-ci il tarixdə Dənyalov Elsaldar Şahmərdan oğlu Abbasov Altaya borc verdiyi 15.000 manatın müqabilində ondan 2012-ci ilədək qəbul etdiyi 14.500 manatdan savayı bacısı X.Ə.Quliyevanın mülkiyyətində olan Bakı şəh., Yasamal ray., Ə.Hüseynzadə küç., ev 28 ünvanında yerləşən faktiki olan 2 otaqlı, dəyəri 80.000 manat olan evi də dələduzluq yolu ilə hakimlərlə cinayət əlaqəsinə girərək, həmin mülkiyyət hüququnu oğurlamağa necə müvəffəq olmuşdur?!
Məlumdur ki, Azərbaycan Respublikasında iki, üç Mülki, Cinayət, İnzibati Prosessual Məcəlləsi yox, bir Cinayət, Prosessual Məcəlləsi mövcuddur və onun icrasına ölkəmizdə prosessual rəhbərliyi Baş prokuror və onun tabeliyindəki şəhər, rayon prokurorları tərəfindən həyata keçirilir! Xuraman Əhliman qızı Quliyevanın ölkə Prezidenti İlham Əliyev, Daxili İşlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətini rəisi Əli Nağıyev cənablarına dələduz Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən bir qrup xəyanətkar hakimlər tərəfindən gizli onun mülkiyyətində olan mülkiyyət hüququnun oğurluq yolla mənimsəməklə ona və ailə üzvlərinə vurulan xüsusi külli miqdarda ziyanla əlaqədar törədilən xüsusi ağır cinayət əməlləri barədə müraciətləri Baş prokuror cənab Kamran Əliyevin göstərişi əsasında Baş prokurorluğun sənədlərlə və vətəndaşların müraciətləri idarəsinin prokurorları - İsmayıl Ağayev, Toğrul Əhmədov cənabları tərəfindən dəfələrlə hakimlərin qrup halında törətdikləri xüsusi ağır cinayət əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə aidiyyatı üzrə dəfələrlə Məhkəmə-Hüquq Şurasına göndərilmişdir! Belə olan halda sual olunur: - həmin xüsusi ağır cinayət əməlləri törətmiş hakimlərin əməllərinə hüquqi qiymət verilməsi ilə əlaqədar nə məqsədlə Xuraman Əhliman qızı Quliyevanın həmin cinayət faktı ilə bağlı Prezident İlham Əliyev, nazir Vilayət Eyvazov, DTX-nin rəisi Əli Nağıyev cənablarına ünvanladığı müraciətləri Prezident Administrasiyasının şöbə müdiri cənab Fuad Ələsgərov tərəfindən aidiyyatı üzrə Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova deyil, nazir Vilayət Eyvazovun göstərişi əsasında isə Bakı Baş Polis İdarəsinin rəisinə göndərilir? Nazir cənab Vilayət Eyvazov Xuraman Əhliman qızı Quliyevanın yuxarıda qeyd etdiyimiz hakimlər tərəfindən törədilən xüsusi ağır cinayət faktlarının aidiyyatı üzrə Məhkəmə-Hüquq Şurasına deyil, CPM-nin 1.2.2; 1.3; 45; 48; 213 və 215-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmaqla nə məqsədlə Bakı Baş Polis idarəsinə göndərildiyindən məluamtlı olan idarə rəisi cənab Əkbər İsmayılovun tapşırığı ilə həmin Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab İsmayıl Əliyevin imzasıyla Yasamal Rayon Polis Şöbəsinə, növbəti dəfə isə həmin idarənin rəis müavini cənab Tərlan Zeynalov tərəfindən isə 12.05.2025-ci il tarixli, 3-13-44-21/2-1664 saylı məktubla, guya, ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilir. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi cənab Toğrul İsmayılov isə dələduz cianyətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun hakimlərlə cinayət əlaqəsinə girərək törətdikləri xüsusi ağır cinayət əməllərinə hüquqi qiymət verilməsi faktının onun səlahiyyətinə aid olmadığını müəyyən edərək, Xuraman Əhliman qızı Quliyevanın 02.06.2025-ci il tarixli, 51-3/2-8147 saylı cavab məktubunda bildirilir ki, müraciətiniz ərazi aidiyyatı üzrə icra edilməsi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinə göndərilmişdir. Nəticəsi barədə araşdırma aparan orqan tərəfindən sizə əlavə məlumat veriləcək!!! Göründüyü kimi, nazir cənab Vilayət Eyvazov tərəfindən baş redaktor Xuraman Əhliman qızı Quliyevanın Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən Yasamal Rayon Məhkəməsinin, Bakı Apellyasiya və Ali Məhkəməsinin bir qrup hakimlərinin törətdikləri xüsusi ağır cinayət əməlləri barədə müraciətinin aidiyyatı üzrə deyil, nə məqsədlə Baş Polis İdarəsinə göndərdiyini başa düşən həmin idarənin rəisi, onun tabeliyində olan İstintaq və Təhqiqat İdarəsinin rəisi İsmayıl Əliyev və müavini, Yasamal və Nəsimi Polis İdarələrinin rəisləri, eləcə də, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi cənab Toğrul Hüseynov Azərbaycan Respublikası CPM-nin tələblərinə hörmətsizlik edərək, Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cianyət əlaqəsinə girən korrupsioner hakimlərin törətdikləri xüsusi ağır cinayət əməllərinə göz yummaq məqsədi ilə bir-biriləri ilə ötür-ötür variantlarını tətbiq etmək qərarına gəlirlər!!!
Hörmətli cənab Vilayət Eyvazov!
Bildiyiniz kimi, Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri barədə Prezident İlham Əliyevə ünvanlanan müraciətləri hər dəfə şöbə müdiri cənab Fuad Ələsgərov tərəfindən Məhkəmə-Hüquq Şurasının, Ali Məhkəmənin sədri cənab İnam Kərimova göndərilmişdir. Həmin cinayət faktı barədə Baş prokuror cənab Kamran Əliyevə göndərdiyimiz müraciətlərimiz isə onun göstərişi əsasında prokurorluğun Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin prokurorları tərəfindən aidiyyatı üzrə Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova göndərilmişdir. Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən hakimlərin törətdikləri xüsusi ağır cinayət əməlləri barədə “Korrupsiya və Qanun” qəzetinin səhifələrində 2019-cu ildən 2024-cü ilin dekabr ayınadək 14 dəfə dərc olunan, sizə ünvanladığımız materiallar isə sizin icrasını tapşırdığınız müavinlərinizdən biri tərəfindən aidiyyatı üzrə deyil, CPM-nin 13; 45; 48; 2013 və 2015-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla Baki şəhər Baş Polis İdarəsinin rəisi cənab Əkbər İsmayılovun ünvanına göndərilmişdir. Kimliyi, adı, soyadı bizə məlum olmayan müavininiz tərəfindən Baş Polis İdarəsinin rəisinə göndərilən müraciətlərimiz həmin Baş idarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi İsmayıl Əliyev və rəis müavini Tərlan Zeynalov tərəfindən ilkin olaraq Yasamal RPİ-nin, daha sonra isə Nəsimi RPİ-nə göndərilmiş, oradan isə, guya, ərazi aidiyyatı üzrə ötür-ötür variantlarından istifadə edilərək 21-ci və 26-ci polis bölmələrinə göndərilmişdir!!! Ərizəmizdə qeyd etdiyimiz xüsusi ağır cinayət faktlarının üstünün açılmasında və cinayətkarların ifşa olunmalarında sizin maraqlı olmadığınız halda, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin, Bakı Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəhbərlikləri, bütün müstəntiq və təhqiqatçıları, eləcə də, Bakı Baş Polis İdarəsinin tabeliyindəki RPİ rəisləri CPM-nin 45; 48; 207 və 213-cü maddələrinin tələblərinə hörmətlə yanaşıb, baş vermiş cinayətin üstünün açılması istiqamətində hər hansı istintaq-əməliyyat tədbirlərini həyata keçirtməyə cəhd göstərmələri, inandırıcı deyil! Bu qənaətinmizin həqiqət olduğuna əmin olmaq məqsədi ilə bu ərizəmizi Sizə göndərməklə yanaşı, onun sürətlərini Bakı Baş Polis İdarəsinin rəisi cənab Əkbər İsmayılova və Bakı Baş Polis İdarəsinin tabeliyində olan rayon polis idarə rəislərinə göndəririk və xahiş edirik ki, bizim əvvəlki ərizələmizin müavinlərinizdən kimin tərəfindən Bakı Baş Polis İdarəsinin rəisi cənab İsmayılov Əkbər Məcid oğluna göndərildiyi barədə bizi məlumatlandırasınız. Əgər doğrudan da Dənyalov Elsaldar Şahmərdan oğlu X.Ə.Quliyevaya 40.000 manat borc verib, onunla bu barədə 3 ay müddətində 06.03.2008-ci il tarixdə borc müqaviləsi bağlamışdırsa, həmin borc müqaviləsinin təminatı kimi sonuncunun mülkiyyətində olan, qardaşı Abbasov Altayıın tərəfindən girov qoyulan evin, həmin vəsaitin Xuraman Əhliman qızı Quliyeva tərəfindən 3 ay müddətində iddiaçıya ödənilməməsi faktı ilə əlaqədar iddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə “həmin evin hərraca çıxarılıb, satılması və əldə edilən maliyyə vəsaitinin Dənyalov Elsaldar Şahmərdan oğluna qaytarılmaqla borcun ödənilməsi barədə” 27.02.2009-cu il tarixli iddia ərizəsi hakim Məmmədova Südabə tərəfindən 03.04.2009-cu il tarixli ədalətli qətnamə əsasında təmin edilmişdirsə, həmin qətnamə sonra qanuni qüvvəyə mindikdən 1 ay sonra nə məqsədlə dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu və Məmmədova Südabə Əlislam qızı “İcra haqqında qanunun” 8 və 12-ci maddələrinin tələbinə uyğun olaraq həmin qətnamənin icrasını 2009-cu ilin may, iyun, iyul və avqust aylarında Yasamal Rayon İcra Şöbəsinin icra məmurlarından tələb etməmişlər?! Nəticədə həmin qətnamənin icrası 12 ildən də artıq müddətdən sonra, yalnız 14.02.2022-ci il tarixdə icra məmurları tərəfindən icrası mümkün olmuşdur! Həmin 12 il ərzində tələbkar dələduz Dənyalov Elsaldar Şahmərdan oğlunun susmasının sirri nə ilə əlaqədardır?! İddiaçı - Dənyalov Elsaldar Şahmərdan oğlu bundan əvvəl, yalnız, icra məmurunun və hərrac təşkilatı rəhbərinin iştirakı ilə gizli, oğurluq yolla Xuraman Əhliman qızı Quliyevanın faktiki mülkiyyətində olan evinə mülkiyyət hüququnu oğurluq yolla mənimsəməsi ilə əlaqədar deyilmi?! Hansı cinayətkarlar törətdikləri xüsusi ağır cinayət əməllərini isti izlərlə, bir ay, bir il müddətində üstünün açılmasına, nəticə də müttəhimlər kürsüsündə əyləşmələrinə razı olarlar?!
Cənab Vilayət Eyvazov!
Tabeliyinizdə olan İstintaq Təhqiqat Baş İdarəsinin bütün istintaq idarə, bölmə rəislərini və müstəntiqləri səfərbər edib, heç olmasa yuxarıdakı suallara cavab tapmaqda bizə köməklik göstərməyinizi xahiş edirik!
Həm də nəzərə alsaq ki, kimliyindən asılı olmayaraq cinayətkarlara qarşı mübarizə aparmaq, onları ifşa etmək sizin və tabeliyinizdə olan bütün rəislərin, müstəntiqlərin, təhqiqatçıların əsas vəzifəsidir, bu səbəbdən də dələduz Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən hakimlərin baş redaktor Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törədilmiş aşkar xüsusi ağır cinayət faktlarının üstünün açılması məqsədi ilə müdaxilə etməyinizi xahiş edirik.
Əlavə olaraq bildirik ki, kimliyindən və tutduqları vəzifələrindən asılı olmayaraq vətəndaşlara qarşı xüsusi ağır cinayət əmnəlləri törətmiş şəxslərin törətdikləri ictimai təhlükəli əməllərini gizlətməklə həmin cinayətkar elementlərə şəraitin yaradılması anlamına gətirdiyini və bu kimi halların dövlət, cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu siz nazir kimi digər məmurlarla müqayisədə daha dəqiq bilirsiniz!!!
Bu səbəbdən də cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun və onun bir qrup hakimlərlə cinayət əlaqəsinə girərək Xuraman Əhliman qızının mülkiyyət hüququnu mənimsəməklə ona və ailə üzvlərinə xüsusi külli miqdarda maddi ziyan vurmaqla törətdikləri cinayət faktıyla əlaqədar Baş prokuror Kamran Əliyev, Məhkəmə-Hüquq Şurasının sədri İanm Kərimov cənablarına və sizə ünvanladığımız hazırki müraciətimizi Bakı Baş Polis İdarəsinin rəisinə deyil, CPM-nin 1.23; 1.3; 45; 48 və 213-cü maddələrinin tələblərini əldə rəhbər tutub, aidiyyatı üzrə Məhkəmə-Hüquq Şurasına göndərməyiniz xahiş edirik.
Hörmətli Bakı Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin rəisi - Qasımov Hikmət Ağababa oğlu, Yasamal Rayon Polis İdarəsinin rəisi - Əmirov Cəmil Fikrət oğlu, Nizami Rayon Polis İdarəsinin rəisi - Abbasov Ədalət Yqub oğlu, Sabunçu Rayon Polis İdarəsinin rəisi - Muradov Cavid Vidadi oğlu, Binəqədi Rayon Polis İdarəsinin rəisi -Məmmədov İlqar Paşa oğlu, Xətai Rayon Polis İdarəsinin rəisi - Müslümov Vaqif Təhməz oğlu, Xəzər Rayon Polis İdarəsinin rəisi - İbrahimov Əli Fərman oğlu, Nəsimi Rayon Polis İdarəsinin rəisi - Mirnemət Mirbabayev cənabları!!!
Dələduz Dənyalov Elsaldar Şahmərdan oğlunun Yasamal Rayon Məhkəməsinin, Bakı Apellyasiya və Ali Məhkəmənin bir qrup cinayətkar hakimləri ilə cinayət əlasqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevaya qarşı törətdiyi xüsusi ağır cinayət əməlinin üstünü açılması və cinayətkarların ifşa edilməsi məqsədi ilə müdaxilə etməyinizi xahiş edirik.

Hörmətlə,
“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru X.Ə.Quliyeva

“Korrupsiya və Qanun” qəzetinin
Hüquq Şöbəsinin müdiri Güloğlan Hüseynov

Tarix: 03.07.2025.
[/justify]

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!