Azərbaycan İdeyası

Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?

Tarix:17-07-2025, 17:27
Baxış Sayı:35

Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?

Əliyev Ehtiram Savalan oğlu və tanışı Əliyev Ələsgər Zakir oğlu özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, birgə icraçı olaraq 07.01.2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Zoo” marketinin içərisində hücuma məruz qalmış Babayev Hikmət Bəhlul oğlunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib silah qismində istifadə etdiyi bıçaqla basqın etməklə sonuncunun xeyli miqdarda pulunu ələ keçirməklə quldurluq etməkdə ittiham olunublar.
Onlar Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.11, 181,2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.06.2021-ci il tarixli Hökmü ilə (İş № 1(101) – 596/2021) hərəsi 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.
Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti verərək, əsl niyyətlərinin zərərçəkmiş şəxsi öldürməyə deyil, pulunu talamağa yönədiyini isbat etdikləri üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli hökmü ilə barələrində yalnız CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
Bundan sonra Baş Prokurorluq Ali Məhkəmənin Cinayət Kollegiyasına 27 dekabr 2021-ci il tarixli kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsini istəmişdir.
İndi isə gəlin görək, təqsirləndirilən şəxslərin həyatının 5 ilinin azadlıqda, yaxud məhbəsdə keçirmələrini müəyyən etməli olan problem nədən ibarətdir:
Məsələnin əsas düyünü hadisə yerində tapılmış, soyuq silah hesab olunmayan, məişət təyinatlı, tiyəsi sınıq bıçaqdır. Zərəçəkəni döyərək taladıqlarını, üstündəki pulu götürdüklərini danmayan təqsirləndirilən şəxslər bildirirlər ki, bıçağı özləri ilə gətirməyiblər, bıçaq zərərçəkmiş şəxsin mağazasında olub, süpürləşdikləri vaxt onun bıçağa doğru getdiyini görüb qabaqlamaq istəyiblər, Ehtiramın bıçağı götürüb kənara tullamaq istəyərkən Hikmət onun əlindən tutub, sonra bıçaq yerə vurularaq sınıb, Hikmətin üz və boğaz nahiyəsi sınmış vitrinin yerə dağılmış şüşə qırıntılarına dəymə səbəbindən yaralanıb. Zərərçəkmiş şəxs özü də etiraf edib ki, hadisə yerindən götürülmüş bıçaq onun özünə məxsusdur, qanlı yaraları şüşə vitrinin üstünə yıxılması səbəbindən almışdır. Zərərçəkmiş Hikmət Babayevin müalicə aldığı xəstəxanaların həkimləri də onun aldığı xəsarətlərin bıçaq, yoxsa, şüşə yarası olması barədə qəti fikir bildirməkdən çəkinmişlər. Məhkəmə-tibb ekspertizası isə xəsarətlərin bıçaqla yetirildiyini “istisna etməmişdir”. Dindirilən şahidlər isə ifadələrində hadisənin gedişatını deyil, yalnız nəticəsini gördüklərini bildirmişlər. Təqsirləndirilən şəxslər zərərçəkənin huşunu itirdiyi vaxt cibindən götürdükləri pulunu polisə qaytarmışlar.
Belə çıxır ki, baş prokurorluq, daha dəqiq desək, dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, I dərəcəli hüquqşünas Namiq Əliyev “Roma papasından artıq katoliklik” edib.

Mövzuya qayıdacağıq.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ