Azərbaycan İdeyası

Özlərini “polis” kimi təqdim edib, Mərkəzə gətirdilər - hovuzda meyiti tapıldı

Tarix:20-08-2025, 11:31
Baxış Sayı:108



Bu gün, avqustun 20-də Ali Məhkəmədə “Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktoru Şamil Minyayev, işçiləri Elman Mehdiyev və Turxan Allahverdiyevin kassasiya şikayətinə baxılacaq. Mərkəz rəsmilərinin şikayəti hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Musavat.com-a istinadən xəbər veririk ki, müttəhimlər Mərkəzə məcburi müalicəyə gətirilmiş Roma Fataxovun ölümünə görə ittiham olunublar.

Ölüm faktına görə cinayət işi başlanıb. İstintaq zamanı Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib. Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilməyiblər. Roma Fataxovun yaxınları Şamil Minayev və Turxan Allahverdiyevdən şikayətçi olublar. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

"Uğur yolu” narkotik və digər asılılıqlardan Reabilitasiya Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur. 2023-cü ildə Reabilitasiya Mərkəzindəki hovuzda 27 yaşlı Roma Fataxovun meyiti aşkar olunub. İsitntaq zamanı məlum olub ki, Roma Fataxov elə həmin gün məcburi müalicəyə cəlb edilib. İstintaq materiallara görə Roma Fataxovun yaxınları Mərkəz rəhbərliyinə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma Fataxov özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub Reabilitasiya Mərkəzinə gətirilsin. Bundan sonra mərkəz rəhbəri və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər.

Roma Fataxov mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma Fataxov mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məhkəmə tibbi ekspertiza zamanı onun həır hansı bir zorakılığa məruz qalmadığı, ölümünə suda boğulmasının səbəb olması üzə çıxıb. Müttəhimlər onlara verilən cəza ilə razı deyil, bəraət verilməsini xahiş edirlər.

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır