Azərbaycan İdeyası

Aeroportdan şəhərə gəldi, taksiyə 42 manat ödədi - FOTO

Tarix:30-09-2025, 14:07
Baxış Sayı:102


Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi xidmətindən istifadə edən sərnişinlər yüksək qiymətlərdən narazılıq edirlər. Son günlərdə hava limanı rəhbərliyinin taksi xidmətləri ilə bağlı tətbiq etdiyi qaydaların belə yüksək bahalaşmaya səbəb olduğu bildirilir. Redaksiyamıza müraciət edən bir sərnişin qeyd edib ki, hava limanından şəhərə gəlmək üçün o, 42 manat ödəniş etməli olub. Halbuki şəhərdən hava limanına olan eyni məsafəni qət etmək üçün cəmi 11-12 manat xidmət haqqı ödənilir.

Xəbər veririk ki, hava limanından şəhər istiqamətində qiymətlərin belə yüksək olması təyyarə ilə Bakıya gələnlərdə ciddi narazılıq yaradır.

Sərnişinin sözlərinə görə, sifariş etdiyi məsafə təxminən 25-30 dəqiqəlik yol olsa da, bu qədər yüksək qiymət “adi taksi xidməti üçün həddən artıq bahalı”dır. "Xüsusilə nəzərə alsaq ki, şəhər daxilində oxşar məsafələrə edilən sifarişlər 8-15 manat civarında dəyişir", - deyən sərnişin haqlı olaraq sual edir: “Naxçıvandan Bakıya təyyarə bileti 50-60 manat olduğu halda, aeroportdan şəhərə təxminən yarım saatlıq avtomobil yoluna 42 manat ödəniş etmək nə dərəcədə ədalətlidir?”

Sərnişin bildirdi ki, bu vəziyyət xüsusilə yerli sakinləri və ölkəyə gələn turistləri narazı salır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tətbiq edilən qiymətlər “fantastik dərəcədə yüksəkdir” və qısa məsafəyə belə tariflərin tətbiqi anlaşılmır:


“Mən təklif edirəm ki, bu taksilərlə bağlı məsələyə diqqətli yanaşılsın. Xüsusilə də şəhərdən aeroporta sərnişin aparan sürücülərin, oradan da şəhərə müştəri götürüb qayıtmasına imkan yaradılmalıdır. Ən azından yerli əhali üçün taksi qiymətləri daha ucuz, daha əlçatan olmalıdır. 41 manat əlbəttə ki, çox bahadır, qısa məsafəyə bu cür qiymət anlaşılan deyil”.



Ekspert hesab edir ki, mövcud tariflərə yenidən baxılmalı, xidmətin tənzimlənməsi ədalətli şəkildə aparılmalıdır:

“Düşünürəm ki, bu məsələyə yenidən baxılacaq, baxılmalıdır da. Artıq Ombudsman da bununla bağlı açıqlama verib, qərarı tənqid edib. Eyni zamanda İstehlak bazarına nəzarət və Antiinhisar Nəzarəti üzrə Dövlət Agentliyi də bu prosesi araşdırır. Aeroportda taksi fəaliyyətinin bu formada tənzimlənməsi ciddi müzakirə mövzusudur. Ola bilsin, hansısa müsbət qərar qəbul olunsun, qiymətlər dəyişdirilsin. Agentliyin qərarı bizə də maraqlıdır”.

Sərnişinlərin fikrincə, hava limanı–şəhər marşrutunda sabit, şəffaf və münasib tariflər müəyyənləşdirilməlidir. Onlar bildirirlər ki, bu məsələ həm ölkə vətəndaşlarının, həm də turistlərin rahatlığı üçün vacibdir.

OXŞAR XƏBƏRLƏR
Yevlaxda vəkil dərmandan zəhərlənərək öldü
Yevlaxda vəkil dərmandan zəhərlənərək öldü
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."