Azərbaycan İdeyası

Vaqif Axundovla bağlı VACİB XƏBƏR

Tarix:5-01-2026, 10:07
Baxış Sayı:109

Vaqif Axundovla bağlı VACİB XƏBƏR

"Bir vaxtlar Prezident yanında Xüsusi İdarənin rəisi olmuş, general-leytenant Elman Qəmbərovun qurduğu tələdən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovu şəxsən xilas etmişəm".

Məlumata görə, "Yeni Sabah" xəbər verir ki, bunu Milli Qvardiyanın keçmiş komandiri, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov bildirib.

O, hadisəni belə nəql edib:

"Mənim tabeçiliyimdə olan Milli Qvardiya zabiti, kapitan Məmmədzadə Aydının evindən Sumqayıt şəhərində Elman Qəmbərovun tapşırığı ilə Xüsusi İdarənin əməkdaşları silah sursatı tapmışdılar və dərhal bu barədə Prezdent Heydər Əliyevə məruzə edilmişdi. Mən hansı əzablardan keçərək həmin silah sursatının vaxtilə kapitan Aydın Məmmədzadənin tabeçiliyində olan döyüş bölgəsində şəhid düşmüş döyüş yoldaşlarının üstündə yeganə nişanə qalan sursat olduğunu sübut etdim.

Şəhid olanlardan biridə Ülvi adlı Milli Qəhrəman idi. Ülvü döyüş zamanı zirehli texnikanın içində yanmışdı, ondan yeganə nişan qalan zapalsız qranat idi. Aydın Məmmədzadədə səhlənkarlıq edərək həmin zapalsız qranatı Ülvüdən yadigar qalsın deyə evində saxlamışdı. O zaman Aydın Məmmədzadə könülülərdən ibarət döyüşdə iştirak edən Sumqayıt taborunun qərərgah rəisi olmuşdu. Sonradan Milli Qvardiya sıralarına cəlb edilmişdi. Aydın Məmmədzadə dilinin bəlasına düşərək bu barədə bir nəfərə söyləmişdi. Həmin adamda kapitan Məmmədzadə Aydını Xüsusi İdarənin əməkdaşına satmışdı.

Elman Qəmbərovun da Vaqif Axundovun yerində gözü vardı. Məmmədzadə Aydını həbs etmişdilər. Bütün bu məlumatları toplayaraq general Vaqif Axundova təqdim etdim. Sonra Vaqif Axundovun tapşırığı ilə Milli Qvardiyanın komandanı, polkovnik Tofiq Rəsulovla bərabər hava limanında ölkənin o zamanki baş prokuroru Eldar Həsənovla görüşdük. Eldar Həsənovun sayəsində Aydın Məmmədzadə məhkəmənin hökmü ilə xidmətdə qalmaq şərti ilə 3 il şərti cəza aldı.

Sonralar məlum Xüsusi İdarə ləğv edildi, Milli Təhlükəsizlik Nazirliyinin (bu nazirlik də 2015-ci ildə ləğv edilib - red) tərkibinə verildi. Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov Elman Qəmbərovu işdən qovdu. Vaqif Axundov da Namiq Abbasovun bacısının yoldaşını - polisdə sahə müvəkili işləyib təqaüdə göndərilmiş mayoru Xüsusi Dövlət Mühafizə Xidmətində vəzifəyə təyin edib, rütbə verdi".

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir