Azərbaycan İdeyası

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

Tarix:4-01-2026, 13:23
Baxış Sayı:4



Ötən gün ABŞ ordusunun Karakasa hava zərbələri endirməsi ilə başlayan əməliyyat uğurla başa çatıb, qısa müddət ərzində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı iqamətgahlarında ələ keçirilib və dərhal da ölkədən çıxarılıb.

Xəbər veririk ki, cəmi 3 saata yaxın davam edən əməliyyat zamanı heç bir itkinin olmaması da xüsusilə vurğulanır. Bir neçə ay ərzində hazırlanan və “Delta” qrupunun gecə ilə həyata keçirilən bu mükəmməl əməliyyat onu icra edənləri bir daha gündəmə gətirib.

Bahalı, gizli və qeyri-adi “Delta”...

1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası - Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D), geniş yayılmış adları ilə “Delta”, “Delta Force” və ya Mübarizə Tətbiqləri Qrupu (Combat Applications Group - CAG).

Elit Xüsusi Əməliyyat Qüvvələri (Special Operations Force/SOF) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan “Delta” qrupunun yaradılması barədə qərar 21 noyabr 1977-ci ildə verilib, ilk bölmələr isə 1978-ci ildə formalaşıb.

Antiterror və xüsusi missiyalar dəstəsidir. “Delta” xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ən yaxşı əsgərlərdən ibarətdir. “Delta”nın əsas vəzifəsi terrorla və üsyan əleyhinə mübarizə olsa da, məxfi tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın və gizli düşmən qüvvələrini aradan götürmək daxildir.

İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək olub (“Qartalın Pəncəsi” əməliyyatı). Bu əməliyyatdakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayı yaradılıb.

Bəzi məlumatlara görə, bu qrupun illik büdcəsi 2 milyard dollara yaxındır.

Ən məşhur əməliyyatları: Pablo Eskobarın zərərsizləşdirilməsi (1993), Səddam Hüseynin ələ keçirilməsi (2003-cü il, “Qırmızı Şəfəq” əməliyyatı), İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhvi (2019), narkotacir El Çaponun yaxalanması (2016) və s./Axar.az

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir