Azərbaycan İdeyası

Şəhid ailələri, qazilər diqqət və qayğı ilə əhatələnib

Tarix:26-12-2025, 14:32
Baxış Sayı:0

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
02 dekabr 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hər il sentyabr ayının 27-i
Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar olaraq
Neftçala rayonunda Anım Günü qeyd olunub.
"27 sentyabr Anım Günü"nün beşinci ildönümünə həsr edilmiş ümumrayon
tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin
məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının,
idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və
müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə tədbir iştirakçıları tərəfindən Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı
şəhidlərin məzarı və Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksi
ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, tər gül dəstələri düzülüb,
şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib və təşkil olunan rəsm sərgisinə
baxış keçirilib.
Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala Rayon İcra Hakimiyyətinin və
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə
nümayəndəliyinin təşkilatçılığı ilə Anım Gününə həsr edilmiş ümumrayon
tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının
ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı
şəhid olan hərbi qulluqçuların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub,
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, torpaqlarımızın
işğaldan azad olunması Azərbaycan ordusunun misilsiz fədakarlığı, yüksək
peşəkarlığı və əzmi nəticəsində mümkün olub. Vətən müharibəsi xalqımızın
qurtuluş savaşı oldu. Bu müharibədə Azərbaycan əsgəri dünya hərb tarixinə
qəhrəmanlıq nümunəsi yazdı.O, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev
və ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən
diqqət və qayğını diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü
uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız daim xalqımızın
qəlbində yaşayacaq. 27 sentyabr Anım Gününün xalqımız üçün milli birlik rəmzi
olduğunu qeyd edən RİH-nin başçısı həmçinin çıxışında vətənpərvərlik ruhunun
gənc nəsillərə ötürülməsinin vacibliyini, milli həmrəyliyin və birliyin xalqımızın
qüdrətinin əsas dayağı olduğunu diqqətə çatdırıb, müqəddəs şəhidlərimizin
canlarını fəda etdikləri torpaqlarda aparılan böyük quruculuq işlərindən bəhs edib.

Tədbirdə Vətən müharibəsi şəhidi Maarif Əliyevin anası Sevda Əliyeva, Vətən
müharibəsi şəhidi Əsəd Əsədovun qardaşı, Neftçala rayon Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru Elsevər Əsədov, II qrup Vətən müharibəsi əlili Yusif
Abdullayev, YAP Neftçala rayon təşkilatının məsləhətçisi Fərhad Baxışov çıxış
edərək Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin daim
hörmət və ehtiramla yad olunacağını qeyd ediblər. Onlar bildiriblər ki, 27 sentyabr
xalqımızın qəhrəmanlıq salnaməsinə yazılmış şanlı bir tarix olmaqla yanaşı,
şəhidlərin fədakarlığının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi
əhəmiyyət daşıyır. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı hərbçilərimizin
keçdikləri şərəfli döyüş yolundan bəhs edən çıxışçılar, həmçinin, ölkə rəhbərliyi
tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə
minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər ifa
olunub və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Saat 12:00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.

OXŞAR XƏBƏRLƏR
Bu xəstəliyi olanlar əsgər aparılmır.
Bu xəstəliyi olanlar əsgər aparılmır.
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
78 nəfər saxlanıldı
78 nəfər saxlanıldı
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək