Azərbaycan İdeyası

İl boyu “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbirlər davam etdirilib

Tarix:26-12-2025, 14:20
Baxış Sayı:0

İl boyu “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbirlər davam etdirilib

Bildiyimiz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik ili” elan olunmuşdu. Ölkəmizin həryerində olduğu kimi, Neftçala rayonunda da “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbirlər keçirilmişdir. Bu sıradan olan tədbirlər sentyabrın 19-da öz apogeyinə çatdı. Həmin gün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə“Dövlət Suverenlik Günü” münasibətilə tədbir təşkil olundu.Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in
məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının,
idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri,qazilər, Vətən müharibəsi
iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və
Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb,
onların əziz xatirələri ehtiramla yad edilib.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun
müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub və Dövlət Himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış
edərək tədbir iştirakçılarını Dövlət Suverenlik Günü münasibətilə təbrik edib, qeyd
olunub ki, Azərbaycan xalqının əsrlərlə arzuladığı azadlıq və dövlətçilik ideyası
1991-ci ildə gerçəkləşərək müstəqil dövlətimizin əsasını qoydu. Bu tarixi gün
xalqımızın milli qürurunun, azadlıq uğrunda mübarizəsinin simvoludur. Ulu Öndər
Heydər Əliyevin müdrik siyasəti müstəqilliyimizin qorunub saxlanılmasında
həlledici rol oynadı. Bu gün isə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi
sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyi daha da möhkəmlənib, ərazi
bütövlüyümüz tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
quruculuq işləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bütün şəhidlərimizi, o cümlədən
Birinci Qarabağ savaşında, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və
ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən 2023-cü
ilin sentyabrında Qarabağda aparılan bir günlük lokal xarakterli antiterror
əməliyyatları zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızı hər zaman
ehtiramla yad edirik. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb

edən şanlı Zəfər sayəsində bu gün Dövlət Bayrağımız suverenliyimizin bərqərar
olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bildirildi ki, ölkə başçısının müvafiq
sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması
dövlətimizin inkişaf yolunda yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət
daşıyır və milli birliyimizin, dövlətçiliyimizə sədaqətimizin bariz ifadəsidir.
Çıxış edən digər natiqlər - şəhid kapitan Xəzər Cəfərovun həyat yoldaşı
Bülülxanım Cəfərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Neftçala rayon şöbəsinin rəis müavini, mayor Razim Məmmədov,
“Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva Azərbaycan
xalqının müstəqillik yolunda keçdiyi şərəfli tarixi, Dövlət Suverenlik Gününün
əhəmiyyətini diqqətə çatdıraraq, bu günün ölkəmizin siyasi, iqtisadi və mədəni
inkişafında mühüm mərhələ olduğunu qeyd ediblər. Onlar, həmçinin dövlətimizin
apardığı uğurlu siyasətin nəticəsində müstəqilliyimizin daha da möhkəmləndiyini
və xalqımızın gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq əzmində
olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Dövlət Suverenlik Gününə həsr edilmiş videoçarx nümayiş
etdirilib, tədbirə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində
fəaliyyət göstərən X.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi tərəfindən
hazırlanan bədii proqramla yekun vurulub.
Ümumiyyətlə, “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər
Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-
Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə
təşkilatçılıqları ilə şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə
və gənclər arasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı
vətənpərvərlik mövzusunda vaxtaşırı keçirilən silsilə maarifləndirici görüşlərdən
olan tədbirlər bir növ ənənəyə çevrilib. Məktəblərdə təşkil olunan bu görüşlərdə
Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, inzibati ərazi nümayəndəsi və
bələdiyyə sədri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və
gənclər, təhsil ictimaiyyəti iştirak edirlər. Çıxışlarda bildirilir ki, şəhidlərimizin
keçdiyi şərəfli yol gənclər üçün əsl vətənpərvərlik məktəbidir. Onların göstərdiyi
qəhrəmanlıq və fədakarlıq Azərbaycan gəncliyi üçün ən ali nümunədir. Bu gün hər
bir gəncin borcu Vətənə, dövlətə və bayrağa sədaqət göstərmək, azad edilmiş
torpaqlarımızın bərpası və inkişafı uğrunda çalışmaqdır. Natiqlər gəncləri vətənə
məhəbbət, milli həmrəylik və məsuliyyət ruhunda böyüməyə çağırırlar.
Məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları

OXŞAR XƏBƏRLƏR
İranda matəm elan edildi
İranda matəm elan edildi
İranda parçalanma prosesi gedir: Aksiyalarda xarici qüvvələrin əli açıq şəkildə görünür
İranda parçalanma prosesi gedir: Aksiyalarda xarici qüvvələrin əli açıq şəkildə görünür
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Məktəblərdə tətil elan edildi - Bu ölkədə...
Məktəblərdə tətil elan edildi - Bu ölkədə...
Azərbaycanda ZƏLZƏLƏ oldu-FOTO
Azərbaycanda ZƏLZƏLƏ oldu-FOTO
Təbrik edirik+FOTO
Təbrik edirik+FOTO
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?