
Neftçala rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr "Zəfər
Günü"nün 5-ci ildönümünə həsr edilmiş "Nə? Harda? Nə zaman?" intellektual
oyunu formatında bilik müsabiqəsi keçirilib (23 oktyabr 2025); atletika idman
növü üzrə rayon turniri keçirilib 25 oktyabr 2025); "8 Noyabr - Zəfər Günü"nün 5-
ci ildönümü ilə bağlı veloyürüş təşkil edilib (28-29 oktyabr 2025); idmançı
gənclərlə görüş keçirilib, şahmat turnirinin qalibləri mükafatlandırılıb (30 oktyabr
2025); "Düşünülmüş strategiya, müdrik diplomatik və uğurlu iqtisadi siyasət tarixi
Zəfərimizi şərtləndirdi" mövzusunda dəyirmi masa keçirilib (04 noyabr 2025);
“Zəfər yolu: həmrəylik və vətənpərvərlik”, "Ədalət və sülhün qorunmasında dinin
önəmi" mövzularında seminarlar təşkil edilib (05 noyabr 2025); “Qələbəyə aparan
sağlamlıq” adlı görüş keçirilib (05 noyabr 2025); “Zəfərlə Yazılan Tarix” adlı
bayram tədbiri (06 noyabr 2025); şəhid ailələrinin Şuşa və Xankəndi şəhərlərinə
səfərləri təşkil edilib (06 noyabr 2025); “Zəfər yolu: həmrəylik və vətənpərvərlik”,
"Ədalət və sülhün qorunmasında dinin önəmi" mövzularında seminarlar təşkil
edilib (07 noyabr 2025); Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Camal
İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə konsert proqramı
təşkil olunub.
8 Noyabr 2025-ci il tarixdə isə reqlament daha zəngin olub. Neftçala Rayon İcra
Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon
üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”
çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq
Gününə həsr olunmuş dəyirmi masa formatında rəsmi yığıncaq keçirilib.
Yığıncaqda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli
Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra
Hakimiyyətinin və müvafiq qurumların məsul şəxsləri, YAP Neftçala rayon
təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən
müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.
İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə
Kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və onların əziz
xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayon rəsmiləri və qonaqlar şəhid ailə üzvlərinin, qazilərin, müharibə
veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyasında
olub, aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.
Neftçala Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbir xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid
olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbir
iştirakçılarına Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr Bayraq günü ilə
əlaqədar təbriklərini çatdırıb və çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü
xalqımızın tarixində əbədi qalacaq şanlı səhifədir. Bu Qələbə hər bir
azərbaycanlının milli qürur, dövlət sevgisi və vətənpərvərlik hisslərinin ifadəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44
gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və tariximizin
ən parlaq səhifəsini yazdı. Bu gün biz həmin zəfərin işığında birliyimizi,
dövlətçiliyimizi daha da möhkəmləndiririk. 9 Noyabr Bayraq Günü
müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzidir. Bu dəyərlər
xalqımızı gələcəyə inamla aparan mənəvi sütunlardır.
Çıxış edən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı və Günay Ağamalı
ölkəmizin qazandığı Zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə
olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti bərpa edib.
Deputatlar həmçinin qeyd ediblər ki, bu gün azad olunmuş torpaqlarda aparılan
genişmiqyaslı quruculuq işləri Zəfərin davamı kimi gələcəyə inam yaradır.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası
Filarə İsmayılova qürur hissi ilə bildirib ki, oğlu və bütün şəhidlərimiz
Azərbaycanın qalibiyyəti və üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması
uğrunda canlarından keçiblər. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
dövlət başçısına minnətdarlığını ifadə edib. Şəhid anası vurğulayıb ki, xalqımızın
birliyi və ordumuzun rəşadəti sayəsində bu gün hər bir azərbaycanlı Zəfər Gününü
böyük qürur və şərəf hissləri ilə qeyd edir.
Daha sonra çıxış edən II qrup Vətən Müharibəsi əlili Yusif Abdullayev ölkəmizin
ərazi bütövlüyü uğrunda canından və qanından keçən şəhidlərimizin əziz
xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını vurğulayıb. O, gəncləri
Vətənə sədaqət və vətənpərvərlik ruhunda yetişməyə çağırıb.
Tədbir vətənpərvərlik və milli birliyimizi təcəssüm etdirən Zəfər Gününə həsr
olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.
8 Noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin
5-ci ildönümü münasibətilə Neftçala rayonunda silsilə tədbirlər keçirilib. Tədbirlər
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və müxtəlif dövlət qurumlarının,
ictimai təşkilatların, həmçinin təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin birgə
əməkdaşlığı ilə həyata keçirilib.
Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində rayon fəalları, ziyalılar, gənclər,
məktəblilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə dəyirmi
masalar, maarifləndirici seminarlar, sərgilər, ədəbi-bədii kompozisiyalar, tamaşa və
fləşmob, idman yarışları, intellektual bilik müsabiqələri, eləcə də ağacəkmə
aksiyaları təşkil olunub. Tədbirlərin əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixini,
Azərbaycan Ordusunun rəşadətini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq, milli
həmrəyliyi və vətənpərvərlik ruhunu gücləndirmək olub.
Keçirilən silsilə tədbirlərin yekunu olaraq Neftçala Rayon İcra Hakimiyyətinin və
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən
Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət
Məktəbinin qarşısında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək,
Vətən!" adlı bədii-musiqili tədbir təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli
Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Neftçala Rayon İcra
Hakimiyyətinin kollektivi, YAP Neftçala rayon təşkilatının,hüquq-mühafizə
orqanlarının,idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Rayon
Ağsaqqlar Şurasının üzvləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri
iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan
olunub.
Böyük izdiham və coşqu ilə keçirilən bayram konsertində xalq artisti Samir
Cəfərovun, Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir
Qurbanovun, tanınmış və sevilən incəsənət ustaları Qalib Bayramovun, Əli
Şahinin, Mənsumə Məmmədovanın (Damla), Anar Yusubun, Mahmud
Mahmudovun, Dürdanə Ələkbərovanın, Süleyman Ruqiyevin, Vüsalə Yusifovanın,
Rövşən Mehtiyevin ifasında vətənpərvərlik mövzularında şən və rəngarəng
mahnılar səsləndirilib.
Sakinlərin böyük marağına səbəb olan və onlara yüksək əhval-ruhiyyə bəxş edən
musiqili konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Rayon rəhbərliyi istedadlı gənclərə dəstək verir
Neftçala rayon rəhbərliyi təhsildə nailiyyətləri ilə seçilən gəncləri dəstəkləyir. Hər
il olduğu kimi, 2025-ci ildə də Respublikanın ali təhsil müəssisələrinə qəbul
imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir.
İytulun 29-da baş tutan həmin görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı
Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu
üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda
yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil
müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları, onların
valideynlərini təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Həmçinin, bu uğurun
qazanılmasında əməyi olan bütün müəllimlərə öz təşəkkürünü bildirib. Təbrikdə
vurğulanıb ki, müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsi onun təhsil
sisteminin gücü ilə ölçülür. Təhsilin sosial-iqtisadi və mədəni həyatdakı rolu
gündən-günə daha da artmaqdadır. Bu baxımdan gənclərin elmi biliklərə
yiyələnməsi, keyfiyyətli və müasir təhsil almaları ölkəmizin gələcək inkişafının
əsas təminatlarından biri hesab olunur.
İcra Hakimiyyətinin başçısı bu uğurların davamlı olacağına inamını ifadə edərək
tələbə adını qazanacaq hər bir gəncə təhsil yolunda müvəffəqiyyətlər arzulayıb.
Bildirib ki, rayon rəhbərliyi hər zaman gənclərin bilik qazanmasına, onların ali
məktəblərə hazırlanmasına və ölkənin intellektual potensialının formalaşmasına
dəstək göstərməkdə davam edəcəkdir.
RİH-in başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının
nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri
haqqında ətraflı məlumat verib.
Məlumat üçün bildiririk ki, 2024-2025-ci tədris ilində Şirvan-Salyan Regional
Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət
göstərən ümumtəhsil məktəblərinin 14 nəfər məzunu müxtəlif ixtisas qrupları üzrə
qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Həmin şagirdlərdən iki
nəfəri – Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil
məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Neftçala rayonu S.Vurğun adına
Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əliyev Mirağa
İxtiyar oğlu blok imtahanında maksimum (400 bal) nəticə göstəriblər. Eyni
zamanda qeyd edək ki, Əlili Müşfiq Aqil oğlu qəbul imtahanlarında I ixtisas
qrupunda Respublika üzrə 698,3 balla ən yüksək nəticə göstərib.
2024-2025-ci tədris ilində XI sinfi bitirən şagirdlərdən 3 nəfəri - Neftçala şəhəri
Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi
Məmmədzadə Nurlanə Nurlan qızı, Neftçala rayonu Xıllı qəsəbəsi Faruq Quliyev
adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi İmanlı Ramilə Rəhim qızı
və Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil
məktəbinin şagirdi Quluzadə Nəzrin Nail qızı təhsilini xüsusi nailiyyətlərlə başa
vurduqları üçün qızıl medalla təltif olunublar.
Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Ölkə başçısı cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə
göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Neftçala RİH-i tərəfindən 2024-2025-ci tədris ilində ali məktəblərə keçirilən qəbul
imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən abituriyentlər Rayon İcra
Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunub və xatirə hədiyyələri
təqdim edilib.
Görüşün sonunda yüksək nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə
xatirə şəkili çəkilib.
Əhalinin məşğulluğunun təmini məsələsi diqqət mərkəzindədir
Neftçala rayonunda regionların inkişafı dövlət proqramının həyata keçirilməsi
sahəsində həyata keçirilən tədbirlər sayəsində ilbəil ümumi məhsul istehsalı,
nəqliyyat və rabitə xidmətləri, əhaliyə göstərilən pullu xidmətlərin həcmi artmışdır.
Minlərlə yeni iş yerləri açılmışdır ki, bunların da böyük əksəriyyəti daimi iş
yerləridir.
Neftçala Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional
Məşğulluq filialının təşkilatçılığı ilə Neftçala şəhərində əmək yarmarkası təşkil
olunub. Əmək yarmarkası Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional
Məşğulluq filialı tərəfindən 20 may 2025-ci il tarixində Neftçala rayonunda 15
işəgötürənlə birgə təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Şirvan-
Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov, Birləşmiş
Ərəb Əmirliyinin “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin icma ilə
əlaqələr üzrə mütəxəssisi Yaşar Qocayev, tərəfdaş şirkətlərin rəhbər şəxsləri,
əməkdaşları və vətəndaşlar iştirak edib. Tədbir açıq elan edilməzdən öncə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun
müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad
edilib. Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev tədbiri
giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını və
vətəndaşların sosial durumu, rifahı və məşğulluğunun təmin olunmasının dövlət
idarəçiliyində əsas prioritet istiqamətlərdən biri olmasını diqqətə çatıdırıb. Ölkə
rəhbərinin bu istiqamətdə verdiyi tapşırıqların, tövsiyələrin ardıcıl şəkildə icra
olunması, o cümlədən regionlarda əmək yarmarkalarının keçirilməsi bu sahədə
həyata keçirilən silsilə tədbirlərdən biridir. Keçirilən əmək yarmarkası
vətəndaşlarımız üçün faydalı olacaq və Neftçala rayonunda işaxtaran şəxslərin
məşğulluğunun təmin olunmasında öz müsbət təsirini göstərəcəkdir. Tədbirdə
işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat
verilib, işsiz və işaxtaran şəxslərə 90 boş iş yerləri (əməkhaqqı 450-2000 manat
aralığına) təqdim olunub. Filial tərəfindən təqdim olunan vakansiyalara dair
tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 450 nəfərə
yaxın vətəndaşla iş aparılıb, tələblərə uyğun namizədlər yarmarkaya cəlb edilib.
Cəlb edilən şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəxslər yer alıb.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək
nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Böyük marağa səbəb olan “Balıq və Aqrar Biznes Festivalı” Neftçalanın
turizm və iqtisadi potensialının tanıdılmasına töhfədir
4 dekabr 2025-ci ildə Neftçala şəhərinin Bayraq Meydanında keçirilən “Balıq və
Aqrar Biznes Festivalı” böyük izdihamla baş tutub. Neftçala Rayon İcra
Hakimiyyəti, Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin,
“İODİCO” MMC-nin təşkil etdiyi tədbirə ölkənin müxtəlif bölgələrindən qonaqlar
və dövlət rəsmiləri qatılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı
ilə Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması,balıqçılığa dövlət qayğısının
artırılması haqqında festival iştirakçılarına məlumat verilib.
Açılışda RİH başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi
potensialının tanıdılmasına verdiyi töhfəni vurğulayıb. O, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın Neftçala rayonuna səfəri zamanı yeni açılıb istifadəyə
verilən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq
Təsərrüfatında yaradılan şərait haqqında məlumat verərək həmin təsərrüfatın
əhalinin məşğulluqla təmin olunmasında, Neftçalada yetişdirilən balıq
nümunələrinin yerli və xarici bazarlarda tanıtdırılmasındakı rolu haqqında danışıb.
RİH başçısı Respublikada ilk balıqçılıq peşə təhsilinin də Neftçala Peşə
Məktəbində tədris olunması barədə festival iştirakçılarına məlumat verib.Əlavə
olaraq,festival iştiakçıları “Xıllı-Balıq” MMC-nin, “Oryad Balıq” MMC-nin və
Neftçala Sənayə Məhəlləsində fəaliyyət göstərən “AzProduct” MMC və “Kəhf”
MMC-nin fəaliyyəti haqqında geniş məlumatlandırılb. O, sonda festivalın
keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə,onun tabeli
qurumlarına,Gənclər və İdman Nazirliyinə,Mədəniyyət Nazirliyinə və digər dövlət
qurumlarına rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Balıqçılıq və Akvakultura
Mərkəzinin direktoru Ceyhun Əliyev və digər qonaqlar çıxış edərək festival
iştirakçlılarına festivalın işlərində uğurlar arzu ediblər.
Ziyarətçilər gün ərzində balıq və aqrar məhsulların sərgisinə baxıb, balıqçılıq üzrə
canlı təqdimatlara qatılıb, rəssamların əl işləri və yaradıcı guşələrlə tanış olublar.
“Balığı Neftçalada yeyərlər” kulinariya zonasında müxtəlif mətbəx nümunələri
təqdim edilib, ustad dərslərində sağlam qidalanma və balığın düzgün bişirilməsi
barədə məlumat verilib.
Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və balıq körpələrinin suya
buraxılması festivalın ən yaddaqalan hissələrindən olub. Konsert proqramları, DJ
çıxışları və uşaq əyləncə zonaları tədbirə bayram ab-havası yaradıb. Ümumilikdə,
Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının balıq məhsulları və
digər aqrar məhsullar satışa çıxarılıb.
Sonda Kənd Təsərrüfatı Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən
festivalda fəal iştirak edən şirkətlərin nümayəndələrinə təşəkkürnamələr təqdim
olunub.
Neftçalanın ilk “Balıq Festivalı” bölgənin balıqçılıq irsinin və turizm imkanlarının
tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yadda qalıb.
***
Cənab Mirhəsən Seyidovu və onun timsalında Neftçala rayonunun bütün
tərəqqipərvər vətəndaşlarını 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibnətilə təbrik edirəm. İnanıram ki, 2026-cı
ildə neftçalalılar uğurlarının sırasını daha da artıracaq, doğma rayonun və
respublikamızın tərəqqisinə sanballı töhfələr verəcəklər.
Hacı Cavad Əliyev