Azərbaycan İdeyası

Qarlı hava nə vaxta qədər davam edəcək?

Tarix:20-01-2026, 18:23
Baxış Sayı:8



Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə sorğuya cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək:

"Ayın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?