Azərbaycan İdeyası

Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb

Tarix:Bu gün, 17:09
Baxış Sayı:16

Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb

Bir neçə gündür ölkə gündəmini zəbt edən hadisələrdən biri də Füzuli Rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazovanın həyat yoldaşı, həm də sürücüsü Habil Eyvazovun “Tiktok”da qeyri-etik ifadələr işlətməsi oldu. Məlum olduğu kimi, hadisənin ardından Gülbahar Eyvazova işdən ayrılmaq üçün bu gün ərizə yazıb. O da bəllidir ki, Habil Eyvazov sosial şəbəkədə yenidən çıxış edərək hərəkətlərinə görə cəmiyyətdən üzr istəyib.

Biz heç kəsin ailə üzvünün qanunsuz əməlinə görə cavabdehlik daşıdığını iddia etmirik. Yalnız uşağa görə valideyni qınamaq olar ki, niyə düzgün tərbiyə verməyib. Maraqlıdır ki, həyat yoldaşları qəbahətə yol verən heç də hər vəzifəli şəxs ərizə yazıb öz xoşu ilə işdən çıxmır. Bəzən belə situasiyalarda alternativ yollar tapanlar da olur. Məsələn, Yasamal rayon məhkəməsinin hakimi Sevinc Quliyeva kimi.

Məlumdur ki, Sevinc Quliyevanın həyat yoldaşı Kənan Quliyev ayrı-ayrı vaxtlarda onlarla vətəndaşa qarşı milyonluq dələduzluq əməlləri törətdiyinə görə dəfələrlə məhkum olunub. Hər dəfə gah şərti, gah sınaq müddəti ilə sərt cəzadan yayına bildiyinə görə iddia olunuirdu ki, onun atdığı addımlar hakim vəzifəsini daşıyan həyat yoldaşı tərəfindən koordinasiya olunur. Kənan Quliyev hələ ilk məhkumluğu ərəfəsində həyat yoldaşı ilə boşansa da, zərərçəkənlər pullarının mənimsəmə sxemlərinin həyat yoldaşı ilə birgə çəkdiyini iddia edir, qeyd edirdilər ki, Kənan Quliyevin hakim vəzifəsini daşıyan həyat yoldaşı Sevinc Quliyeva ilə boşanandan sonra da bir yerdə yaşayıblar, birgə toylara belə gediblər.

İndi isə gəlin xatırlayaq ki, Sevinc Quliyeva heç özü də aydan arı, sudan duru deyil. Onun hakimlik fəaliyyətində yol verdiyi ədalətsizlik neçə-neçə insanı bədbəxt edib, neçə-neçə ailəni başsız, neçə-neçə ananı gözü yaşlı qoyub.

Bakı şəhər Yasamal rayon məhkəməsinin 26.12.2025-ci il tarixli, 3(004)-10110/2025 saylı qərarı ilə Şamıyev Vəli Asif oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 2 (iki) ay müddətinə inzibati həbs verilmişdir.

Həmin qərardan sonra həbs edilən Şamıyev Vəlinin valideyni Xuraman Quliyeva zərərçəkmiş Tunar Süleymanovla əlaqə saxlayıb və inzibati xətanın predmeti olan 1 ədəd “İphone11” markalı mobil telefon aparatı ona təqdim edib. Lakin Tunar Süleymanov bildirmişdir ki, guya həmin telefon aparatında çat və cızmalar müəyyən edilmişdir. Belə olan halda V.Şamıyevin valideyni Xuraman Quiliyeva zərərçəkmişlə belə bir razılıq əldə edib ki, zərərçəkmişin telefonuna dəyən zərər aradan qaldırılacaq, əvəzində isə o, Şamıyev Vəli Asif oğlunun həbsdən azad edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayətlə müraciət edərək onun həbsdən azad ediləcəyini xahiş edəcək.

12.01.2025-ci il tarixdə Xuraman Quliyeva zərərçəkmiş Tunar Süleymanovla görüşüb Yasamal rayon məhkəməsinin inzibati binasına gəliblər. Məhkəmədə Xuraman Quliyeva və onunla bir yerdə olan iş yoldaşı Zümrüd Məmmədova qəbul şöbəsinə yaxınlaşaraq Şamıyev Vəli Asif oğlu barəsində olan qərarın surətinin bizə verilməsini xahiş ediblər. Orada onların iş üzrə kim olduqları müəyyən edildikdən sonra qəbul şöbəsində işləyən əməkdaş qərarı gətirib zərərçəkmiş Tunar Süleymanova təqdim edib. X.Quliyeva həmin əməkdaşdan xahiş edib ki, qərarın həmin gün alınması barədə zərərçəkmişə müvafiq sənəd verilsin. Həmin əməkdaş bildirib ki, bunun üçün hakimin köməkçisi ilə əlaqə saxlamalısınız. X.Quliyeva hakimin köməkçisinin yanına gedib və bu barədə ona bildirib. O da həmin vaxt otaqda olan hakim Sevinc Quliyevaya müraciəti çatdırıb Lakin hakim X.Quliyevanın kim olduğunu soruşduqdan sonra bildirib ki, heç bir sənəd verməyəcək. X.Quliyeva da hakimə bildirib ki, zərərçəkmişə qərarı versələr də, lakin həmin qərarı nə vaxt alması barədə sənəd verməyiblər. Lakin hakim bu dəfə yenə bildirib ki, heç bir sənəd verilməyəcək.

Belə olan halda X.Quliyeva bildirib ki, o halda bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edəcək. Daha sonra isə X.Quliyeva və iş yoldaşı Z.Məmmədova məhkəmə binasından çıxmaq istədikdə, iki nəfər məhkəmə nəzarətçisi onlara yaxınlaşaraq deyib ki, guya onlar hakimə qarşı qayda pozuntusuna yol veriblər, bu barədə akt tərtib ediləcək və onları polis gəlib aparacaq. Şamıyevin yaxınları bunun hakim tərəfindən qurma olduğunu başa düşərək məhkəmə əməkdaşlarına bildiriblər ki, hakimə qarşı hansı qayda pozuntusuna yol veriblərsə, video-kameralarda görüntüləri qeydə alınmış olmalıdır, həmin görüntüləri onlara da göstərsinlər. Bu sözlərdən sonra məhkəmə nəzarətçilərinin onlara qarşı münasibətləri dəyişib. Çünki onlar başa düşüblər ki, onlara qarşı olan bu qurma öz təsdiqini tapmayacaq.

Xuraman Quliyeva hesab edir ki, hakim ondan Məhkəmə - Hüquq Şurasına şikayət edəcəyinə görə belə qanunsuz addım ataraq məhkəmə nəzarətçilərini onlara psixoloji təsir etməyə təhrik etmişdir.

Xuraman Quliyeva qeyd edir ki, həmin gün zərərçəkmişə verilən qərar da hakimin göstərişi ilə dərhal onlardan alınıb. Görünən odur ki, hakim Sevinc Qulyeva özü qaydanı pozduğu halda onları günahlandırmağa çalışmışdır. Belə ki, qərar tərəflərə veriləndə şəxsdən bu barədə qərarın alınması tarixi barədə qəbz alınır. Çünki qərardan şikayət onun tərəflərə verildiyi tarixdən hesablanır. Lakin hakim bu qaydaya əməl etmək istəməmişdir.


Xuraman Quliyeva hakim Sevinc Quliyevanın rəvac verdiyi qanunsuzluqlar barədə Məhkəmə-Hüquq Şurasına şikayət ünvanlamışdır.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Sabah bu küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Sabah bu küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA
Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA