Azərbaycan İdeyası

Bu xəstəliyi olanlar əsgər aparılmır.

Tarix:2-02-2026, 10:00
Baxış Sayı:11



Mətbuat.az saytına istinadən xəbər veririk ki,Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti “Xəstəliklər cədvəli” əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur.

Crossmedia.az xəbər verir ki, I dərəcəli skoliozu olan şəxslər (Kobb bucağı 10 dərəcəyədək), eləcə də I və II dərəcəli kifozu olanlar (Kobb bucağı 50 dərəcəyədək) hərbi xidmətə yararlı hesab edilir. Uzanmış vəziyyətdə və ya başın dartılması zamanı düzələn, fəqərələrin rotasiyası olmayan qeyri-struktur (qamət) skoliozu da hərbi xidmətə maneə sayılmır.

II dərəcəli skolioz (11–25 dərəcə) ağrı sindromu və funksional pozuntu ilə müşayiət olunduqda şəxslər hərbi xidmətə məhdud yararlı hesab olunur. III dərəcəli skolioz (26–50 dərəcə) və döş qəfəsinin ifadə olunmuş deformasiyası olan hallar isə adətən hərbi xidmətə yararsız və ya məhdud yararlı kimi qiymətləndirilir. IV dərəcəli skolioz (50 dərəcədən çox), ağır deformasiya, tənəffüs çatışmazlığı və davamlı ağrı sindromu ilə müşayiət edildikdə şəxs hərbi xidmətə tam yararsız sayılır.

Funksional pozuntu yaratmayan, simptomsuz keçən və yalnız rentgen müayinədə aşkar edilən yüngül onurğa dəyişiklikləri, o cümlədən Şmorl yırtığı hərbi xidmətə çağırış üçün maneə hesab edilmir. Onurğa əyriliyi ilə bağlı yekun qərar yalnız əyrilik bucağına deyil, kliniki əlamətlərə, ağrı sindromunun davamlılığına və onurğanın funksional vəziyyətinə əsasən verilir. (Metbuat.az)

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI