Azərbaycan İdeyası

Lüləsi, qundağı kəsilmiş tüfənglər video-kameraya düşmürmüş – “Niyə rüşvət alıb oğlumun qanını batırırsız?”

Tarix:20-02-2026, 15:27
Baxış Sayı:287


Şamaxı şəhəri, Novruz küçəsi, ev 14 ünvanında qeydiyyatda olan və yaşayan Hacıyev Asif Şahalı oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 24.02.2026-cı il tarixdə ərizə ilə müraciət edərək, bildirmişdir ki, 24.03.2025-ci il tarixdə 21:13 radələrində oğlu Hacıyev Orxan Asif oğlu Emil Surxayev Adil oğlu tərəfindən lüləsi, qundağı kəsilmiş ov tüfəngi vasitəsilə qətlə yetirilmişdir.
Ərizədən oxuyuruq:
“Hadisə Orxanın ailəsi və uşaqlarının, Seyidov Xəyal Seyid oğlunun, Şıxıyev Vasif Vahid oğlunun və onların ailələrinin gözləri qarşısında törədilmişdir: Xəyal və Vasif hadisə törədən Emil Surxayevin arxasınca qaçmış və Emil onlara da atəş atmağa cəhd etmiş, lakin güllə açılmamışdır. Hadisə yerində olan müşahidə kameralarının qeydlərini üzə çıxarmadılar, dedilər ki, kameralar işləmir.
Şamaxı rayon prokurorluğunun müstəntiqi Emil Rəfizadə, vəsadət verib ifadələrinin alınmasını istədiyimiz 8 nəfərdən birini – Hüseynov Sadiq Telman oğlunu mənim qapıma göndərmişdir. Sadiq özü gəlib dedi ki, müstəntiq onun təqsiri olmadığı halda “kompyuterdən adını silmək” üçün 1000 manat rüşvət istəyib. Ondan öncə də 3 nəfərin hərəsindən 1000 manat alıblar.
Sonra mən müstəntiqə zəng edərək, “nəyə görə oğlumun qanını batırıb rüşvət alırsan” - deyə soruşanda müstəntiq: “kim rüşvət alacaq, mənim adımı niyə hallandırırsınız?” deyə cavab verdi. Sonra mən özüm Şamaxı rayon prokurorluğuna getdim. Prokuror Müşviq Səfərova bu işin aqibətinin necə olacağı barədə sual verdim: “Nəyə görə bizim işimiz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə verilib?” Prokuror da: “mən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ilə danışmışam, Ali Məhkəmə ilə danışmışam, onlar işi həlll edəcəklər” deyə cavab verdi.
Şahidlərdən Vasif Şıxıyevə təhdid olunmuş, ifadəsini dəyişməyə məcbur etmişdilər. 24.02.2026-cı il tarixdə saat 10:10 radəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsindən zəng gələrək, Əli adlı şəxs özünü hakimin katibi kimi təqdim edərək mənə bildirdi ki, sabah saat 12:00 radəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində olmalısan, bu barədə vəkilinə, şahidlərinə məlumat ver. Mən vəkilə zəng edərək bu barədə onu məlumatlandıranda vəkil dedi ki, bizə bu barədə heç bir bildiriş gəlməyib”.
Asif Hacıyev qeyd etdiyi faktları ictimailəşdirib geniş oxucu kütləsinə çıxarmağı, aidiyyatı üzrə dövlət orqanlarına göndərilməsini redaksiyamızdan xahiş etmişdir.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026