Azərbaycan İdeyası

Boşanan qadının vəkilə verməyə pulu yoxdur, keçmiş ərinin məişət zorakılığı hələ də davam edir

Tarix:20-02-2026, 18:13
Baxış Sayı:123

Boşanan qadının vəkilə verməyə pulu yoxdur, keçmiş ərinin məişət zorakılığı hələ də davam edir

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev – 1 ünvanda qeydiyyatda olan və yaşayan Səfərova Mehriban Əkrəm qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, 20.06.2009-cu il tarixdə Abidov İlqar Nazim oğlu ilə rəsmi nigaha daxil olub ailə həyatı qurub. Bu nikahdan iki övlad - 24.03.2010-cu il tarixdə Abidov Rəcəb İlqar oğlu və 23.04.2016-cı il tarixdə Abidov Ümüd İlqar oğlu anadan olublar.
Mehriban Səfərova yazır ki, Abidov İlqar Nazim oğlunun ailədə tez-tez əsassız mübahisələr yaratması və məni döyüb zorakılıq tətbiq etməsinə dözməyib 2021-ci il tarixdə boşanmaq qərarına gəlib: “Təqsirkar şəxs Abidov İlqar Nazim oğlu ilə eyni yaşayış evini bölüşürük. Boşanandan sonra İlqar ailə həyatı quraraq bizə dedi ki, evi dərhal boşaldın, mən ailəmlə burada yaşayacam. Belə ki, o, evin birinci mərtəbəsində, mən isə evin ikinci mərtəbəsində yaşayırıq. Ailə münasibətlərimizə son qoymağımıza baxmayaraq, mən hələ də Abidov İlqar Nazim oğlu tərəfindən məişət zorakılığından əziyyət çəkirəm. O, Lerik rayonunda yaşasa da, Bakıya qayıdan kimi bizim yaşadığımız evə spirtli içkinin təsiri altında gələrək, mənim və uşaqlarımın ünvanına kobud ifadələr işlədərək bizi təhqir edirdi. Mən qorxduğum üçün onun bu hərəkətlərinə, təhqirlərinə dözürdüm, lakin buna artıq gücüm, taqətim qalmayıb. Uşaqların atası Abidov İlqar Nazim oğlu həmin mənizlə köçüb evi təmir edib satacağını, satdıqdan sonra uşaqların ikisinə də ev alacağını bildirdi. Amma bunun əksinə davrandılar. Yoldaşı, özü, hətta bacısı da bizə qarşı şiddət göstərməyə davam etdilər. Hətta keçmiş baldızım məni evdən qovaraq küçəyə çıxarmağa çalışdı. Amma mən evdən çıxmadım. Sonra məni uşaqlarımla birgə evdən çıxartmaq üçün məhkəmələrə verdilər və bizim evdən çıxarılmağımız barədə qərar qəbul etdirdilər...
Mehriban Səfərova məyusluqla qeyd edir ki, özünə vəkil tutmaq imkanı olmadığından, vəkil xidmətindən istifadə etmək hüququ olmayıb: “O üzdən bütün məhkəmələrdə vəkilsiz iştirak etmişəm. Ona görə də uşaqlarımın və özümün haqqımızı nə qədər tələb etsəm də, bizim bütün hüquqlarımız pozulmuşdur. Özüm məcburi köçkünəm. Məni elə hala gətirib çıxartdılar ki, övladlarımla birgə yaşamağa yerim olmadığı üçün evdən çıxa bilmədim. Bütün bu şiddətli vəziyyətdən dolayı sağlamlığımıza ciddi şəkildə ziyan dəymişdir. Maddi vəzyyətim çətin olduğu üçün, alimentin davamlı şəkildə verilmədiyi səbəbindən uşaqlarımın təhsil almalarında çətinliklər var. Aliment borclarına görə baldızım mənə dedi ki, sən İlqarı tutdurma, mən səni evlə təmin edəcəyəm. Hazırda yenə aliment borcları olduğuna görə bacısı mənə zəng edərək “onun sənə heç bir borcu yoxdur, məhkəmənin çıxartdığı qərara əsasən, qoyulan vaxta kimi evdə otur, sonra uşaqları da götürərək evi tərk et” - deyə müdaxilə edir. Ətrafımda olan insanlardan heç bir kömək olmadığına, yaşamağa yerim olmadığına, kirayə ev tutub yaşamağa imkanım olmadığına, uşaqlarımın təhsil aldıqları məktəb evə yaxın olduğuna görə mən o evdə yaşamağa məcburam. 13.11.2025-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi ilə keçirilən iclasda mənim və uşaqlarımın həmin evdən çıxarılması barədə qərar qəbul edildi. Mən bu qərardan apellyasiya şikayəti verdim. 12.02.2026-cı il tarixdə hakim Günay Axundovanın iştirakı ilə keçirilən məkhəmə iclasında hakim Xəzər Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı”.
Şikayətçi qeyd etdiyi faktları ictimailəşdirilərək geniş oxucu kütləsinə çıxarılmasına, aidiyyatı üzrə dövlət orqanlarına göndərilməsində ona kömək göstərilməsini redaksiyadan xahiş etmişdir.

OXŞAR XƏBƏRLƏR
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Parlamentin iclası başladı
Parlamentin iclası başladı
Bakı-Qazax yolunda yük avtomobili aşıb.
Bakı-Qazax yolunda yük avtomobili aşıb.
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
Xocalı soyqırımından 34 il ötür
Xocalı soyqırımından 34 il ötür
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib