Azərbaycan İdeyası

İş düzəltmək istədi, işə düşdü

Tarix:1-08-2023, 16:34
Baxış Sayı:305

İş düzəltmək istədi, işə düşdü
Qobustan rayonu, Qobustan şəhəri, T.İsmayılov – 63 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Abay Kunanbayev – 26, mənzil – 41-də yaşayan vətəndaş Alıyev Azər Gülmalı oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, yaxşılıq niyyəti ilə bir-biri ilə tanış etdiyi şəxslərin etibarsızlığı nəticəsində ziyan çəkdiyini bildirmişdir.
Azər Alıyev yazır ki, 2020-ci ilin fevral ayında tanışı Adıgözəl (dünyasını dəyişib) ona deyib ki, tanıdığı Əliyev Eldar Əsgər oğlu adlı şəxs oğlunu işə düzəltmək istəyir, köməklik etmək lazımdır: “Mən də Süleymanov Elmanın vasitəsilə tanıdığım İlqar və Mamed Həşimovların işədüzəltmə məsələlərində səriştələrinin olduğunu eşitmişdim. Odur ki, həmin il fevralın 10-da İlqar, Mamed, Adıgözəl, Eldar və Eldarın oğlunun Əhməd Rəcəbli küçəsində, “Qobustan Plaza” restoranının yanında görüşünü təşkil etdim, özüm də iştirak etdim. Görüşə özünün ağ rəngli “Folksfagen” markalı maşını ilə gəlmiş Mamed Həşimov Eldar Əliyevdən 3000 (üç min) manat pul alaraq onun oğlunu metropolitenə işə düzəldəcəyini vəd etdi. Danışığa görə, mart ayının 1-dən oğlan işə çıxmalı idi...”
Sonradan məlum olub ki, Həşimovlar işi düzəldə bilməyiblər, aldıqları pulu geri istəyəndə isə hədə-qorxu gəlmək yolu ilə pul yiyəsini şikayət etməkdən çəkindirməyə çalışıblar. İş gecikdikcə, Əliyev Eldar vasitəçilik edən Adıgözəli və Azəri incidib, amma Həşimovlardan pulu tələb etməkdən qorxub. Nəhayət, Azər 2020-ci il may ayının 7-də Mamed və İlqarı pul aldıqları Eldarla və Eldarın həyat yoldaşı ilə görüşdürüb. İlqar ərlə arvadı bir daha əmin edib ki, tezliklə oğulları işə çıxacaq. Lakin yenə də vədinə əməl etməyib.
A.Alıyev yazır ki, Mamed və İlqar Həşimovlar keçmişdə polis əməkdaşı olduqlarına və hüquq-mühafizə orqanlarında işləyən tanışlarının çoxluğuna görə, barələrində təsirli heç bir tədbir görülməyəcəyinə əmindirlər. Həmin vaxt xəstə olan və tez-tez Eldarın pula görə narahat etdiyi Adıgözəlin səhhət durumu ağır imiş. Ona görə də, Adıgözəllə Azər qərara gəlib Eldarın pulundan 2000 (iki min) manatı özləri qaytarıblar.
Lakin, A.Alıyev çox təəssüf hissi ilə qeyd edir ki, təqsirkar Həşimovlar olduğu halda, onun barəsində cinayət işi açılıb və Əliyev Eldar onun barəsində yalan izahat verməyə məcbur edilib. Şikayətçi həmçinin Həşimovlardan başqa dələduz dəstə hesab etdiyi bir neçə adamın adını çəkdiyi ərizəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Fərhad Məhərrəmovu, KQMBİ-nin sürücüsü Elnur Məmmədovu, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Rəşad Hacıyevi, Anar İbrahimovu, Ayxan Ağalını, Xəzər rayon Polis İdarəsinin müstəntiqi Rafiq Qarayevi qeyri-obyektivlikdə, haqqı-nahaqqa qurban verməkdə qınamışdır.
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası