Azərbaycan İdeyası

Üç məcburi köçkün ailəsi 24 ildir təbii qaz üzünə həsrət qalıb – FOTO

Tarix:27-02-2017, 12:00
Baxış Sayı:834

 Üç məcburi köçkün ailəsi 24 ildir təbii qaz üzünə həsrət qalıb – FOTO
Bərdə rayonunda yaşayan Ağdamdan məcburi köçkün düşən İldırım Orucov və ailəsi 1993-cü ildən bu yana təbii qaz üzünə həsrət qalıb.
Bu barədə Oxu.Az-a şikayətçinin özü bildirib.
O qeyd edib ki, hazırda məskunlaşdığı binada (Bərdə rayonu, Zöhrabbəyov küçəsi, Çayxana binası) ümumilikdə 10 nəfər olmaqla 3 ailə yaşayır və 24 ildir ərazidə təbii qaz yoxdur:
“Bina Sovetlər İttifaqı dövründə yaradılan “Azərİttifaq Raypo” adlandırılan idarənin balansında olub. Hazırda isə həmin binaya Rafael adlı şəxs rəhbərlik edir. Binanın layihə smetasının sənədi həmin şəxsin adına olduğu üçün əraziyə təbii qazın çəkilişinə razılıq vermir”, - deyə İ.Orucov bildirib.
O, ərazidə köhnə təbii qaz xətlərinin olduğunu və rəsmi dövlət qurumlardan isə onun bərpasını istəyir:
“Binanın layihə smetası bir başqasının adına olduğundan dövlət qurumlarına da ünvanladığımız məktublara cavab olaraq bildirilib ki, həmin şəxs razılıq verdikdən sonra bu məsələyə baxıla bilər”.
Şikayətçi ailəsinin təbii qazın yoxluğundan əziyyət çəkdiklərinin səlahiyyətli qurumların bu məsələyə biganə qalmamalarını xahiş edir.
Qeyd edək ki, məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə ünvanladığımız məktub cavabsız qalıb. Üç məcburi köçkün ailəsi 24 ildir təbii qaz üzünə həsrət qalıb – FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?