Azərbaycan İdeyası

Atası həbs edilən, özü həbs təhlükəsilə üz-üzə olan jurnalist: “Ölkə başçısının ədalətinə inanıram və ona güvənirəm”

Tarix:10-03-2017, 11:55
Baxış Sayı:591

Atası həbs edilən, özü həbs təhlükəsilə üz-üzə olan jurnalist: “Ölkə başçısının ədalətinə inanıram və ona güvənirəm”



“Atamın əsassız həbsindən sonra, özümün də həbs edilə biləcəyimə qəti şübhəm yoxdur”. Bu sözləri Azinforum.az-a martın 6-da Ağcabədi rayon Məhkəməsinin hökmü ilə atası 3 il müddətinə azadlıqdan mərhum edilən, Sonolay.org saytının baş redaktoru Ramil Məhəmmədoğlu deyib.
Jurnalistin sözlərinə görə, atası ilə ona eyni vaxtda cinayət işi açılıb:
“Hesab edirəm ki, bizim başımıza gələn hadisə sırf mənim jurnalist fəaliyyətimlə əlaqəlidir. Bu barədə KİV-lərdə yetərincə məlumat dərc edilib. Eyni zamanda – ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daha yuxarı məhkəmə instansiyalarına, Məhkəmə Hüquq Şurasına şikayətlər ünvanlamışıq. İstintaq dövründə atamla mənim işimi başqa icraata ayırdılar. Hazırda mənim işimlə bağlı Abşeron rayon Məhkəməsində araşdırma gedir və proses yekunlaşmaq üzrədir. Martın 14-ü növbəti proses olacaq. Mən jurnalist fəaliyyətimdə daima dövləti, milli maraqları dəstəkləmişəm. Hesab edirəm bizim ailəmizə qarşı bu cür qərəzli mövqe tutan məmurlar əməlləri ilə dövlətimizin imicinə ağır zərbə vururlar. Elə rəy yaratmaq istəyillər ki, ölkədə söz azadlığına basqının olması mənzərəsinə şübhə olmasın. Bütün bunlara baxmayaraq, mən ölkə başçısının ədalətinə inanıram və ona güvənirəm. Əminəm ki, bizim haqq səsimiz tezliklə ona çatacaq və bizimlə bağlı obyektiv araşdırmanın aparılmsına göstəriş veriləcək. Mən bunun tərəfdarıyam. Sonda mən bütün KİV-lərdən xahiş edirəm ki, mənimlə bağlı gedən məhkəməyə ictimai nəzarəti təmin etsinlər”.

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda silah-sursat tapılıb
Sumqayıtda silah-sursat tapılıb
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Narkokuryerdə 6 kq marixuana aşkarlandı
Narkokuryerdə 6 kq marixuana aşkarlandı
Köhnə yeni il: İki təqvim arasında qalan bayram
Köhnə yeni il: İki təqvim arasında qalan bayram
İranda matəm elan edildi
İranda matəm elan edildi
İranda parçalanma prosesi gedir: Aksiyalarda xarici qüvvələrin əli açıq şəkildə görünür
İranda parçalanma prosesi gedir: Aksiyalarda xarici qüvvələrin əli açıq şəkildə görünür
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .