Azərbaycan İdeyası

"Bu qardaşlar özlərini biabır etməklə məşğul olurlar..."

Tarix:22-05-2017, 15:10
Baxış Sayı:314

  "Bu qardaşlar özlərini biabır etməklə məşğul olurlar..."

Moderator.az-ın məlumatına Korrupsiya-q.az bildiriri ki, Deputat Araz Əlizadə ampluasına sadiq qalaraq növbəti dəfə mətbuatda Məmməd Əmin Rəsulzadəni aşağılayıb. Rəzulzadəni Azərbaycan üçün heç nə etməməkdə, qurduğu dövləti saxlaya bilməməkdə suçlayıb.
Qalmaqallı deputat həmçinin Əbülfəz Elçibəy haqqında "qiyamla prezident olmuşdu" deyib.
Araz Əlizadənin bu açıqlamasını BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı sərt sözlərlə qınayıb.
Onun sözlərinə görə, Cumhuriyyətin ildönümü ərəfəsində ADR qurucuları haqqında bu cür fikirlərin orataya çıxması təsadüfü deyil:
“Araz Əlizadə ilk dəfə deyil ki, Azərbaycanın tarixi şəxsiyyətlərini təhqir edir, aşağlayır. Dəfələrlə Azərbaycan cəmiyyəti bunun şahidi olub. Nəinki Məmməd Əmin Rəzulzadəni, Əbülfəz Elçibəyi və 1918-ci ildə Azərbaycan türklərini erməni-rus soyqırımından qurtaran Nuru Paşanı belə təhqir edib. Bunun qardaşı Zərdüşt Əlizadə də eynən bu cür açıqlamalarla gündəmə gəliblər. Bunlar ailəlikcə türk etnosuna nifrətlə, ikrahla yanaşıblar. Fürsət düşdükcə bütün təhqirlərə əl atıblar. Buna görə, konkret demək olar kı, Araz Əlizadə zavallı ünsürdü! Və böyük Türk xalqını gözdən salmaq istəyən və Azərbaycana müstəqlik qazandırmış tarixi şəxslər haqqında həqarətlə danışan adamın başqa adı ola bilməz! Azərbaycan türklərini böyük bir soyqırımdan qurtaran Nuru Paşamız birbaşa Bakını erməni-rus hərbi birləşməsindən azad edərək Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına da olan maneəni aradan qaldırmış olub. Onu da deyim ki, hər dəfə Araz və Zərduşt Əlizadənin bu sərsəmləmələrinə cəmiyyət çox sərt reaksiya verir. Sosial şəbəkələrdə bu məxluqların türk millətinə patoloji nifrətinin olmasından yazılır və layiqli cavablarına alırlar. Azərbaycan xalqının çox yaxşı bir el misalı var: Ot kökü üstündə bitər. 1975-ci il də Əbülfəz Elçibəy siyasi dissident kimi məhkəmə qarşısına mühakimə olunarkən Araz Əlizadənin atası Mübariz Əlizadə məhkəmə prosesində bir neçə dəfə çıxış edərək ona qarşı kəskin mövqe tutduğunu yaşlı və orta nəsil bu gün də lənətlə xatırlayır. Prosesin sonunda hakim Əbülfəz Elçibəydən soruşur ki, son söz demək istəyirsinizmi? Əbülfəz Elçibəy hakimdən xahiş edir ki, mənə son söz üçün ayıracağınız vaxtı Mübariz müəllimə verin, qoyun özünü bir az da artıq biabır eləsin...İndi də bu qardaşlar özlərini biabır etməklə məşul olurlar“.

OXŞAR XƏBƏRLƏR
Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
Bank kartlarından pullar belə oğurlanır – Üç məqam
Bank kartlarından pullar belə oğurlanır – Üç məqam
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Güclü külək Bakıda AĞACLARI AŞIRIB
Güclü külək Bakıda AĞACLARI AŞIRIB
İranda fövqəladə vəziyyət elan edildi - 40 ölü, 1205 yaralı... YENİLƏNİB.
İranda fövqəladə vəziyyət elan edildi - 40 ölü, 1205 yaralı...  YENİLƏNİB.
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...
“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...
Xərçəng cavanlaşıb: Xəstəliyin ARTMA SƏBƏBLƏRİ
Xərçəng cavanlaşıb: Xəstəliyin ARTMA SƏBƏBLƏRİ