Azərbaycan İdeyası

Prezident Administrasiyasında dəyişikliklər Daşkəsənə uzanır: Əhəd Abıyev gedir – Eksklüziv

Tarix:5-06-2017, 16:54
Baxış Sayı:756

  Prezident Administrasiyasında dəyişikliklər Daşkəsənə uzanır: Əhəd Abıyev gedir – Eksklüziv


Prezident Administrasiyasında struktur və kadr dəyişiklikləri icra hakimiyyətlərində də yeniliklərin olacağı zərurəti yaradıb
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ilk dalğada vəzifəsini itirə bilər.
Onsuz dağ bölgəsinə icra başçısı getməsindən yaxın ətrafında gileylənmiş Ə.Abıyevin idarəçiliyi yuxarıların xoşuna gəlmir.
Ölkədə gedən islahatlar, yeni kadrların təyin olunması, prezidentin ingilis dili bilən, Qərb təhsili almış mütəxəssisləri vəzifələrə daşıması Ə.Abıyev və bşaqa köhnə qvardiya üzvlərinin istefası ilə müşayiət oluna bilər.
İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan məmurlar işləyir. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.
Azərbaycanda icra hakimiyyəti strukturlarının səmərəsiz fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də bəyan olunub.
Bu illər ərzində rayon icra hakimiyyətləri mərkəzi hakimiyyətin verdiyi dəstəyin qarşılığında etimadı doğrultmadığı sübuta yetirilib.
O baxımdan PA-da olan mühüm dəyişikliklər RİH-lərinə də çatacağı qaçılmazdır. Bu xüsusatda bir neçə icra hakiminin yola salınması nəzərdə tutulub ki, Ə.Abıyevin də adı siyahıda keçir.
Prezident İlham Əliyevin icra hakimlərindən yeni tələbi də məhz səmərəsiz fəaliyyətlərini düzgün istiqamətə yönləndirməyə hesablanıb.
Büdcə talanı və sahibkarların incidilməsindən savayı işi olmayan bəzi icra hakimlərinin əl-qolunu çırmalayıb investor axtarışına çıxması özünü təsdiqləmə mexanizmidir. Ə.Abıyev və başqa icra başçılarının investorlar cəlb edə bilmədiyi göz qabağındadır.
Mətbuatda gedən xəbərlərə görə, Daşkəsənin icra başçısı Əhəd Abıyev prezident İlham Əliyevin təyinatından illərdir ki, narazı qalıb.
Ucqar rayonun rəhbəri dövlət başçısının qərarına qarşı çıxaraq mərkəzi regionlardan birinə başçı getmək arzulayıb.
Hətta yaxın çevrəsində bu qərardan şikayətləndiyi bildirilir. Ancaq onu nə Bakı rayonlarından birinə rəhbər göndərirlər, nə parlamentdə yenə mandat.
Əksinə, son siyasi strategiya Ə.Abıyev, Gəncənin icra başçısı Elmar Vəliyev və başqa kadrların vəzifədən göndərilməsini şərtləndirib.
Prezident artıq yeni komanda ilə işləmək istəyir. Ə.Abıyev isə Daşkəsəndə bir daşı daş üstə qoymayıb. Onun rayonda hər hansı bir müsbət iş görməsiyini təsdiqləyən xəbər yayımlanmayıb.ulus.az

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir