Azərbaycan İdeyası

“Test üsulunun ləğvi Azərbaycan təhsilinə ciddi zərbə olar”

Tarix:29-08-2017, 15:26
Baxış Sayı:260

 “Test üsulunun ləğvi Azərbaycan təhsilinə ciddi zərbə olar”


Vahid Əhmədov: “Söhbət bu sistemin ləğvindən deyil, yeni formatda təqdimatından gedir”
Son günlər test sisteminin ləğvi ilə bağlı ölkə meddiasında yer alan fikirlər ictimaiyyətdə müəyyən narahatlığa səbəb olub. İnsanların bir çoxu bunun ağır fəsadlara, arzuedilməz nəticələrə səbəb olacağı qənaətindədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov test sisteminin önəminə diqqət çəkdi:
“Şübhəsiz ki, test üsulunun ləğvi Azərbaycan təhsilinə ciddi zərbə olar. Çünki müstəqilliyimizin ilk illərində tətbiq edilən bu sistem sovet dövrünə məxsus rüşvətxorluğun qarşısını almış, tələbə qəbulunda obyektivlik və şəffaflığı təmin etmişdir. Test üsulu ilə qəbula cəmiyyətin münasibəti də bunu təsdiq edir.
Məsələ ilə əlaqədar rəsmilərin çıxışlarından məlum olur ki, burada söhbət test sisteminin ləğvindən deyil, onun təkmilləşməsindən gedir. Aidiyyatı qurumlar bu sistemi ictimaiyyətə yeni fomatda təqdim etmək niyyətindədirlər. Yəni söhbət test üsulundan imtinadan getmir. Bu baxımdan hesab edirəm ki, ciddi narahatlıq üçün əsas yoxdur.
Bir daha qeyd edirəm ki, test üsulu ölkə təhsili baxımından mühüm əhəmiyyət kəsb edir və ondan imtina ağır nəticələrə səbəb ola bilər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı