Azərbaycan İdeyası

YEVLAX POLİSİ DİLƏNÇİLƏRİ RAM EDƏ BİLİR, DƏLƏDUZLARI YOX

Tarix:28-11-2017, 16:08
Baxış Sayı:572


Şikayətçi yazır ki, hal-hazırda Yeganənin ona 7800 (yeddi min səkkiz yüz) manat borcu var, hər dəfə bir bəhanə gətirərək pulu vermir. KİV-ə müraciət etməsinin, problemi ictimailəşdirməsinin səbəbi isə onun şikayətinin hüquq müstəvisində həllinin gecikməsidir. Ərizəsinə qoşma etdiyi sənəd surətləri arasında Yevlax rayon Məhkəməsinin 22 iyun 2015-ci il tarixli Qətnaməsinin surəti var. Məhkəmə Yeganə Bəkirovanın Gülşahnaz Mehdiyevaya öz dəsti-xətti ilə imzalayıb verdiyi qəbzi də nəzərə alaraq ikincinin iddiasını təmin etmiş və cavabdehdən 7800 manat borc məbləğinin tutularaq iddiaçıya verilməsini qət etmişdir.
Lakin Yeganə Bəkirova "yoxa çıxdığından" məhkəmə qətanaməsi hələ də icra olunmamış qalır. Yevlax rayon icra şöbəsi 09.12.2015-ci il tarixli məktubla Yeganə Bəkirovanın barəsində olan 29.11.2015-ci il tarixli axtarış qərarını icra olunması üçün Yevlax rayon Polis Şöbəsinə (RPŞ) göndərmişdir. Maraqlıdır ki, Yevlax polisinin Afət - Yeganəni yaxalayıb məhkəmə orqanlarına təqdim olunması istiqamətində həyata keçirdiyi tədbirlər iki ildir nəticə vermir. Şikayətçi dəfələrlə "102" xidmətinə zəng vursa da, polis hər dəfə ona axtarışın davam etdiyini bildirir.
Qəribədir ki, Yevlax polisi heç bir sənədi olmayan dilənçiləri lazım gəldikdə paytaxt Baklıdan tapıb rayona apara bilir, amma Yeganəni tapa bilmir. Halbuki, onun qondarma adı da (Afət), ata yurdunun, qohumlarının Aran qəsəbəsində olması da hüquq-mühafizə orqanlarına məlumdur.
Bir məqama da diqqət yetirməyə dəyər: Yeganə Bəkirova sadəcə aldığı borcu qaytara bilməyən şəxs deyil, məhz dələduz kimi tanınmalıdır. Çünki o, gələcəkdə həyata keçirəcəyi məkrli niyyətə uyğun olaraq şəxsiyyətini gizlətmiş, G. Mehdiyevaya özünü həqiqi adı ilə deyil, qondarma adla təqdim etmişdir.


Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı