Azərbaycan İdeyası

Jurnalist Aqil Ələsgər “Bandotdel”ə aparılıb

Tarix:1-08-2018, 16:02
Baxış Sayı:258

 Jurnalist Aqil Ələsgər “Bandotdel”ə aparılıb
Jurnalist Aqil Ələsgər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşları tərəfindən saxlanılıb.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə virtualaz.org-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası “Yeni Çağ” media qrupunun rəhbərinin saxlanılmasının səbəblərini aydınlaşdırmağa çalışır.
Aqil Ələsgər Azərbaycanda Fətullah Gülən təriqətinin, yaxud FETÖ-nün əməlləri barədə araşdırmaları ilə tanınır. Onun bu mövzuda kitabları da dərc olunub.
Jurnalistin xanımı Günay Fərəcova bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:“Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab verdi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı