Azərbaycan İdeyası

Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab...

Tarix:6-06-2017, 11:41
Baxış Sayı:562

  Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab...
“Əgər Azərbaycan bir daha vəziyyəti gərginləşdirmək istəsə biz ona son və həlledici zərbə vuracağıq”.
Belə görünür ki, söhbət bizim ölkəni fantastik şəkildə dağıtmaqdan gedir. Bu barədə yeni erməni Napoleonu, özünü mövcud olmayan Qarabağ Respublikasının müdafiə naziri, “general-leytenant” adlandıran hansısa yarımçıq mühəndis Levon Mnasakanyan bildirib, özü də erməni KİV-lərinə.
Bu “dahi” strateq jurnalistlərə təmas xəttindəki vəziyyətdən danışıb. O, KİV-lərin keçən ilin aprel ayında 4 günlük müharibədə baş vermiş məğlubiyyət barədə suallarına cavab verməli olub. Görəsən, niyə məhz onda ermənilər son və həlledici zərbəni vura bilməyiblər?
Ermənilərin yeni Napoleonunun sözlərinə görə, 2016-cı ilin aprel ayından sonra qoşunların təmas xəttində böyük işlər görülüb. Tam video nəzarət təmin edilib ki, bu da insan amilini istisna etməyə imkan yaradıb. Yəni o, ön xəttin bu gün tam nəzarət altında olduğunu deyib. Onun sözlərinə görə, keçən ilin aprel ayında oralar tam nəzarətsiz olub, yəni iddia edir ki, o vaxt istənilən adam girib-çıxa bilirmiş?!.
Qeyd elmək lazımdır ki, erməni hərbçilər hər dəfə aprel döyüşlərindən söz düşəndə uduzmalarına səbəb axtarmağa başlayırlar. Gah ən yüksək səviyyədə iddia edirlər ki, tank yanacağına su qatılıbmış, bu da tankları operativ şəkildə ön cəbhəyə keçirməyə imkan verməyib. İndi də video nəzarət məsələsini uydurublar.
Bu strateqlərdən heç biri Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı və dözümü barədə danışmaq istəmir. Azərbaycanı bir zərbə ilə dağıtmaqla hədələyən erməni Bonapartına isə əsl Napoleonun öz hərbi karyerasını harda bitirdiyini yada salmaq istəyərdik.
  Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab...

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı