Azərbaycan İdeyası

Bu binalardan ev alarkən DİQQƏTLİ OLUN

Tarix:10-10-2018, 16:05
Baxış Sayı:208



“Qaz gəlmir, çox əziyyət çəkirik”

Qazsız binadan mənzil alan və almağa hazırlaşanlar, ehtiyatlı olun.
Korupsiya-q.az ARB Tv -yə istinadla xəbər verir ki, qazsız binalara paytaxtın əksər ərazilərində rast gəlmək mümkündür və belə binalar arasında həm yeni göydələnlər, həm də köhnə tikililər var.
Sakin: “Nə qədər müraciət etmişik, xeyri yoxdur”.
Sakin: “Çox əziyyət çəkirik, mən bu ay 80 manat işıq pulu vermişəm. Qaz yoxdu, işığa da pul çatdıra bilmirik”.
Bir mərtəbədə 4 su qızdırıcısı…
Qazı yoxdur, al, 1-2 aya veriləcək. Bu məzmunlu yalan vədi ev almaq istəyən hər kəs eşidib. İnanmayanlar qazanıb, inanananların isə illərdir gözü yoldadır. Bu, yeni tikililərdə demək olar ki, ənənəvi hal alıb. Mütəxəssislər deyir ki, problemə səbəb mənzil tikinti korporativlərinin tikintiyə başlayarkən sənədləşmə işlərini qanunauyğun həyata keçirməməsidir.
Ramil Osmanlı – Ekspert: “Məsələn tikinti şirkəti, inşaat pasportu və tikintiyə icazə sənədini alarkən müvafiq qurumlardan sənəd və rəylər almalıdır. Lakin çox vaxt tikinti şirkəti bu sənədlərin hamısını almaqda maraqlı olmur. Yekunda binanın istismarına rəy verən qurumlar binanın istismarı ilə bağlı problemlərin mövcudluğunu ortaya qoyurlar. Nəticədə həmin bina qazsız qalır”.
Mənzilin qiyməti digərlərindən 15-20 faiz aşağı satılır, notarial qaydada alqı-satqı zamanı problem yaranır və evinizi pul müqavilində girov qoya bilmirsizsə, deməli qazı, çıxarışı olmayan binadan mənzil almısız.
Telefon danışığı – Vasitəçi: “Hələ o binaya qaz verilməyib, mərkəzi istilik sistemidir. 1-2 il çəkəcək”.
Belə problemlərlə üzləşməmək üçün mütəxəssislər tam hazır olmayan, qazı və çıxarışı qaydasında olan binalardan mənzil almağı məsləhət görürlər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı