Azərbaycan İdeyası

70 YAŞLI KÖÇKÜN GÜLNAR NƏNƏ ÖMRÜNÜN QIŞINDA DA EVSİZDİR

Tarix:9-04-2019, 15:21
Baxış Sayı:283

İnsan əgər cavanlığında rahat qocalığını təmin edəcək qədər uğurlara nail olmayıbsa, ömrünün payızında çətinliklərin öhdəsindən gəlməkdə aciz qalır və həyatının qışı tez yetişir. Ermənistanın təcavüzü Qərbi Azərbaycandan, Dağlıq Qarabağdan və işğal edilmiş rayonlarımızdan olan bir milyondan artıq soydaşlarımızı müflis elədi, yurd - yuvalarından didərgin saldı. Doğrudur, Azərbaycan dövləti ilk əvvəl beynəlxalq humanitar təşkilatların, sonra isə milli müstəqil iqtisadiyyatımız gücləndikcə öz hesabına qaçqın və məcburi köçkünlərimizin istər maddi ehtiyaclarının qarşılanması, istərsə də mənzil şəraitlərinin yaxşılaşması üçün gərəkən tədbirləri görmüşdür. Bu siyasət indi də davam etdirilir. Dövlət proqramlarına uyğun olaraq tədriclə bu qəbildən olan bütün ailələrin əvəzsiz olaraq yeni qəsəbələrə, mənzillərə köçürülməsi təmin edilir.
Lakin bütün sahələr nöqsanlardan xali olmadığı kimi, bu sahədə də probleminin həlli üçün növbəsi mənimsənilənlər, yaxud, növbə yetişincə dərdi ağırlaşanlar, səhhət durumunda bərpa olunmayan itiki verənlər də vardır. Elələri üçün gec qalmaq yoxa bərabərdir.
Sumqayıt şəhəri, 9-cu mkr, ev 31, mən 63 ünvanda müvəqqəti məskunlaşmış Füzuli rayonunun Əbdürəhmanlı kəndindən olan 1949-cu il təvəllüdlü məcburi köçkün Yusifova Gülnar Əvəz qızı redaksiyamıza müraciət edərək, evsizliyin onu çıxılmaz vəziyyətə saldığından gileylənmişdir. Yazır ki, ilk əvvəl Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində kirayə ev tutub yaşayırmışlar. Sonra həyat yoldaşı vəfat edib. Bundan sonra qızı məcbur olub onu 9-cu mikrorayondakı evinə aparmalı olub. Qızıgilin ailəsi böyük olduğundan, çox pis halda yaşayır: "Körpə uşaqları var. Özüm də şəkər xəstəsiyəm. Vaxtlı - vaxtında dərman qəbul edə, istədiyimdə yata bilmirəm". Redaksiyadan xahiş edir ki, onun mənzillə təmin olunması istəyini Kütləvi Informasiya Vasitələrində ictimailəşdirərək aidiyyati qurumların rəhbər vəzifəlilərinin diqqətinə çatdıraq.
G.Yusifova qəzetimizə üz tutmazdan əvvəl əlbəttə ki, başqa instansiyalara da müraciət edib. Ərizəsinə qoşma etdiyi sənədlər arasında Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektor müdiri cənab Elvin Mikayılova göndərdiyi məktubun surəti də var. Amma nə cavab almasından xəbərimiz yoxdur. Müəllif məktubun son cümləsində ümid ifadə edir ki, onun xəstəliyi nəzərə alınacaq.
Biz də çox istərdik ki, Gülnar Yusifovaya və onunla eyni dərddə olan soydaşlarımıza həm təzə mənzilə köçmək, həm də düşmən üzərində qazanacağımız qələbəni, torpaqlarımızın düşmən işğalından azad olunacağı günü görmək qismət olsun.

OXŞAR XƏBƏRLƏR
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
İran İsraillə atəşkəsi təsdiqlədi
İran İsraillə atəşkəsi təsdiqlədi
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…