Azərbaycan İdeyası

Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib

Tarix:13-02-2019, 15:43
Baxış Sayı:489

 Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib

Şamaxı rayonunun Quşçu kəndində baş verən vulkan püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.
Bu barədə "Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.
O bildirib ki, vulkan püskürən zaman alov qeydə alınmayıb: "Elə də güclü püskürmə olmayıb. Vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb. Vulkanın baş verdiyi ərazini 40-50 metrliyində olan iki yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Yer səthində isə heç bir çat qeydə alınmayıb. Heç bir xəsarət alan olmayıb”.
A.Əliyev qeyd edib ki, "Quşçu” vulkanı sonuncu dəfə 2018-ci ilin yanvar ayında püskürüb: "Son 200 il ərzində "Quşçu” vulkanı 15 dəfə püskürüb”.
Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi fevralın 13-də saat 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib. Hadisədən sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı