Azərbaycan İdeyası

Arvadını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli qayınanasını məhkəməyə verdi

Tarix:26-09-2019, 15:53
Baxış Sayı:102


Arvadını 5-ci mərtəbənin balkonundan ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxveli qayınanasına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, R.Taxveli mərhum həyat yoldaşı Adelya Taxvelinin anası Samirə Süleymanovaya qarşı mülki iddia irəli sürüb.
R.Taxvelinin vəkili Qanqa İbrahimov saytımıza açıqlamasında bildirib ki, S.Süleymanova hadisənin baş verdiyi mənzilin açarlarına özündə saxlayaraq Taxveli ailəsinə təhvil vermir: “Ev rəsmi olaraq, sənədlərlə Ramiz Taxvelinin adınadır. Samirə xanım isə evin açarlarını özündə saxlayır. Ramizin ailəsinin evə daxil olmasına, oradakı avadanlıqlardan istifadəyə, Ramizin şəxsi əşyalarını götürməyə icazə vermir. Eyni zamanda, həmin binanın qarajında saxlanılan və Ramizə məxsus “Lexus” markalı avtomobili də geri qaytarmaqdan imtina edir”.
R.Taxvelinin ailəsi öncə polisə şikayət edib, oradan isə bu məsələnin mülki mübahisə olduğu bildirilib. Buna görə də mənzilin və maşının qaytarılması üçün R.Taxvelinin adından Nəsimi rayon Məhkəməsinə müraciət edilib.
İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.
Eyni zamanda R.Taxveli ilə bağlı Nəsimi Rayon Məhkəməsində daha bir çəkişmə prosesi var. “Unibank” ipoteka kredit müqaviləsi üzrə ödənilməmiş borca görə Ramiz Taxvelini məhkəməyə verib. O işə isə hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, R.Taxveli arvadını öldürməkdə və narkotik daşınmasında ittiham olunur. Onun bu cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır