Azərbaycan İdeyası

Fərhad Abdullayev: "Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub"

Tarix:12-11-2019, 15:18
Baxış Sayı:84



2020-ci ildə qəbul edilməsinin 25 illiyi tamam olan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ilkin başlanğıclarını özündə ehtiva edən Əsas Qanun kimi özünü tam olaraq doğruldub.
Korrupsiya-q.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun sözlərinə görə, qanunvericilik sisteminin əsasını təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya hər zaman dövlətçilik ənənələrinin, hüquq qaydasının qorunmasına xidmət edir.
F.Abdullayev əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir:
"Əsas Qanun konstitusiya quruluşunun vacib başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması xüsusi əhəmiyyət kəsb edir. Bu, onun birbaşa göstəricisidir ki, insan amili ölkə Konstitusiyasının əsas diqqət mərkəzində durur".
F.Abdullayev qeyd edib ki, ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamət və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd olaraq, xalqın rifahına xidmət edən dövlət idarəetmə mexanizminin təməlinə çevrilib".
F.Abdullayev bildirib ki, ümumilikdə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsinə, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin effektivliyinin artırılmasına, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması prosedurunun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət edib. Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi dövlət idarəetmə mexanizminin təməlinə çevrilərək Azərbaycan xalqının rifahına xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir