Azərbaycan İdeyası

`Nardarana gəlməyin deyib, bizi döydülər...`- AzVision.az-ın əməkdaşları

Tarix:26-11-2015, 17:56
Baxış Sayı:388

`Nardarana gəlməyin deyib, bizi döydülər...`- AzVision.az-ın əməkdaşları





"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib. AzVision.az -ın iki əməkdaşı da hadisə yerində çəkiliş apararkən hücuma məruz qalıb.
AzVision.az -ın müxbiri Hafiz Əhmədov hadisəni belə xatırlayır: “Taksi ilə hadisə yerinə yollanmışdıq. Nardarana yaxınlaşan kimi taksi sürücüsü qorxusundan bizi yarıyolda qoyaraq, avtomobilini kəndin girişində saxladı. Məcbur olub piyada getdik. Meydanda cavan uşaqların hamısının əllərində soyuq silahlar, dəmirlər, baltalar var idi. Hər yer qara bayraqlar asılmışdı”.
Əməkdaşımız deyir ki, bələdiyyə binasına yaxınlaşanda cavan bir oğlan arxadan onlara yaxınlaşdı və fotoqrafımız Elvin Abdullanın üzərinə hucum çəkdi: “Əlindəki dəmir alətlə əməkdaşımızın baş nahiyəsinə zərbə endirdi, təpik vurdu. Həmin dəqiqə hamı üstümüzə töküldü. Sakinlər bizə etiraz edirdilər. “Jurnalistlər bura gəlməsinlər, bura Nardarandır” - deyirdilər. Bizi təhqir edib, söydülər. Gücnən onların əlindən xilas olduq”.
Nardaranda yerli sakinlər tərəfindən döyülən fotoqraf Elvin Abdulla bildirib:“Biz Nardarana daxil olan kimi, bir neçə nəfər qarşımızı kəsib, hücum etdi. Jurnalist olduğumuzu deyəndə, təhqiramiz ifadələr işlətdilər. Dedilər, siz bizim düşmənimizsiniz. Anidən bir neçə nəfər üstünə tökülüb, əllərindəki dəmirlə bədəminə vurdular. Əlimdən fotoaparatı alıb, çırpdılar yerə. Eynəyim gözümdən yerə düşəndə, təpiklə vurub qırdılar. Niyə belə edirsiniz deyəndə, daha da qəzəbli şəkildə təpiklə qarın nahiməyə vurdular. Artıq heç nə görmürdüm. Sonradan orta yaşlı bir oğlan və yaşlı bir kişi bizi onların əlindən aldı”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı