Azərbaycan İdeyası

Ağacların kəsilməsinə görə cinayət işləri başlanıb

Tarix:2-08-2022, 11:22
Baxış Sayı:173

Ağacların kəsilməsinə görə cinayət işləri başlanıb

Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb.

"Korrupsiya və qanun" qəzeti APA-ya istinad olaraq məlumat verir ki, bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35 min manat ziyan dəyib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?