Azərbaycan İdeyası

Dövlət sərhədi yaxınlığında narkotik gizlədən yeniyetmə tutulub - FOTO

Tarix:3-08-2022, 12:57
Baxış Sayı:37

Dövlət sərhədi yaxınlığında narkotik gizlədən yeniyetmə tutulub - FOTO

Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Yardımlı rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, 2006-cı il təvəllüdlü şərti adı A.A tutularaq üzərindən 26 qram metamfetamin aşkar olunaraq götürülüb.

"Korrupsiya və qanun" qəzeti APA-ya istinad olaraq verdiyi xəbərə görə, davam etdirilən tədbirlərlə narkokuriyerliyə cəlb edilən yetkinlik yaşaına çatmayan şəxsin İran İslam Respublikası ilə dövlət sərhəddinin yaxınlığında gizlətdiyi yerdən əlavə 13 kq 530 qram heroin, 10 kq 550 qram qurudulmuş marixuana və 3 kq 65 qram metamfetamin aşkarlanıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs ilkin sorğuda ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni "Əhməd" adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Tədbirlərlə, ümumilikdə 27 kq 171 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
O da müəyyən edilib ki, şərti adı A.A-nın atası 2020-ci ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyinə görə polis tərəfindən tutularaq istintaqa cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yetkinlik yaşına çatmayan şəxsi narkokuriyerliyə cəlb edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılacaq
Minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılacaq
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
"Beşiktaş"ın futbolçusunun vurduğu qol tarixə düşdü - VİDEO
"Beşiktaş"ın futbolçusunun vurduğu qol tarixə düşdü - VİDEO
Hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ
Hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ