Azərbaycan İdeyası

Söyüşə görə gül satanı bıçaqlayan şəxsə hökm oxundu

Tarix:11-11-2015, 14:52
Baxış Sayı:391

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Korrupsiya və qanun" qəzetinmə istinadən Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədən Rauf Abbasovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında Rauf Abbasovun birinci dəfə cinayət törətdiyini, zərərçəkən tərəflə barışıq əldə edildiyini bildirib. Vəkil çıxışında müdafiə etdiyi şəxsin şərti azadlığa buraxılmasını istəyib.
Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan kollegiya hökm oxuyub. Hökmə əsasən, Rauf Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 25-də Yasamal rayonu "Sovetski" adlanan küçədə baş verib. Gül satışı ilə məşğul olan Əjdər Ağadadaşov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rauf Abbasov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Rauf Abbasov ilkin ifadəsində hadisəni söyüş üstündə tödətdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı