Azərbaycan İdeyası

Sarkisyanın arvadı İspaniyada pul "yuyurmuş": ilk həbslər - FOTOLAR

Tarix:18-07-2016, 11:53
Baxış Sayı:250

Sarkisyanın arvadı İspaniyada pul "yuyurmuş": ilk həbslər - FOTOLAR
Sarkisyanın arvadı İspaniyada pul "yuyurmuş": ilk həbslər - FOTOLAR
Sarkisyanın arvadı İspaniyada pul "yuyurmuş": ilk həbslər - FOTOLAR
Sarkisyanın arvadı İspaniyada pul "yuyurmuş": ilk həbslər - FOTOLAR
Bu günlərdə İspaniyada böyük cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması əməliyyatı zamanı Barselonanın ən təmtəraqlı restoranlarından biri "Yubar"ın sahibi Arman Mailyan həbs edilmişdi.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın əldə etdiyi xəbərdə bildirilir ki, rəsmi məlumatlara görə, cinayətkar qrup 11 şəxsdən ibarət imiş və əsasən də, MDB ölkələrindən müəyyən şəxslər üçün pulların yuyulması ilə məşğul olurmuş. Həbs edilənlər arasında Kiyevin keçmiş merinin oğulu Stefan Çernovski da olub.

Mailyanın köməyinə hamıdan əvvəl Kiyevin erməni icmasının rəhbəri, MDB-nin kriminal dairələrində yaxşı tanınan Norik Qevorkyan çatıb. Mailyana kömək etmək cəhdlərini nümayişkaranə şəkildə göstərən Gevorkyan KİV-ə bildirib: "Mən Armana zəng etməyə çalışırdım, amma alınmadı. Onun doğmaları ilə danışdım, onlar dedilər ki, İspaniya hökumətinə sadəcə olaraq ermənilərə qarşı olan bu səs-küylü işi "bişirmək" lazım idi. Mən də belə düşünürəm, çünki Arman tərəfindən orada hansısa 10 milyon avronun yuyulması haqqında danışanda, bu mənə gülməli gəlir. Bu, onun səviyyəsi deyil, onların da səviyyəsi deyil. Stefan 1 milyarddan çox dollara malikdir, belə xırda işlərlə məşğul olmaq onun nəyinə lazımdır...

Armanın çox gözəl vəkili var, bizim səfirlik də bu işə qarışacaq, hər şey qaydasında olacaq. Çoxları Armanın arxasında gizlənirlər".

Ermənistanda son bir neçə ildə israrlı şayiələr gəzirdi ki, katolikos Qereqin və prezidentin həyat yoldaşı Rita Sarkisyan məhz İspaniyada onlarla milyonlar dolları və avronu yuyublar.

Amma iki il əvvəl keçmiş baş nazir Tiqran Sarkisyanla və baş keşiş Navasard Kçoyanla olduğu kimi, burada da əsaslı dəlillər olmadığından bu deyilənlər də şayiələr səviyyəsində qaldı.

Ancaq bu birgə fotolar birbaşa onu göstərir ki, bütün bu insanlar pulların yuyulması ilə həqiqətən də məşğul olublar.

Fotolarda: katolikos Qereqinlə Arman Mailyan, prezident Sarkisyanla A. Mailyan, Kiyevdə erməni icmasının başçısı Norik Qevorkyan, Ermənisan Respublikasının İspaniyadakı səfiri Avet Adonsem və Sarkisyanın kürəkəninin məşuqəsi aktrisa Nazeni

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama