Azərbaycan İdeyası

Oğlu şərlənən ata ədalət axtarışında - EMİN ŞƏKİNİSKİNİ DURDURUN!

Tarix:22-07-2016, 11:28
Baxış Sayı:316

Oğlu şərlənən ata ədalət axtarışında - EMİN ŞƏKİNİSKİNİ DURDURUN!
Kəlbəcər rayonundan məcburi köçkün, hazırda Xətai r-nu, Qədir Məmmədov küç. 9/1-də məskunlaşmış, Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlil İbrahim Camalov oğlu Namiqin qanunsuz həbsi barəsində bir sıra dövlət qurumlarına müraciət edib. Criminal.az saytı həmin müraciəti gununsesi.info-ya istinadən təqdim edir.

Kəlbəcər köçkünü ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər naziri Ramil Usubov, DTX rəisi Mədət Quliyev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Kəlbəcər rayonundan Milli Məclisin deputatı Cavid Qurbanovdan oğlunun apellyasiya şikayətinə obyektib baxılması üçün köməklik istəyib.

Həmin müraciəti təqdim edirik: Mən və həyat yoldaşım Camalova Kifayət hər ikimiz Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlilik. Yoldaşım müharibə dövründə Kəlbəcərdə tibb bacısı işləyib. Oğlum, 1979-cü il təvəllüdlü Camalov Namiq kreditlə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olaraq, ailəmizi dolandırırdı. Namiq iş başında olarkən, Sabir Rüstəmxanlının qardaşı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi Əlövsət Əliyev və hazırda DİN idarə rəisi Emin Şəkinskinin 2008-ci ildə 8 il əvvəl boşandığı arvadı Gülnarə Şəkinskaya oğlumu aldadıblar.

Belə ki, Ə.Əliyev Gülnarəni oğluma “öz bacısı qızı Aysel” kimi təqdim edərək bildirib ki, “bu başıbağlı, mömin qadındır, onun işləri var, haraya desə apar, taksi xidməti haqqını özüm verəcəyəm”. Namiq də qadına öz avtomobili ilə taksi xidməti göstərib. 19 aprel 2014-cü il tarixdə oğlum N.Camalov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunaraq saxlanılıb. Oğlumun saxlanılma səbəbini öyrənmək üçün həmin idarəyə gedib məlumat almaq istəsəm də, mənə heç bir məlumat verilmirdi. Oğlumun taleyindən narahat olduğumdan Ombudsmana müraciət etdim.

Bu müraciətimə görə məni “izahat almaq üçün” Respublika Prokurorluğuna çağırdılar. Bildirdim ki, vətəndaş kimi müraciət etmək hüququm var, nə üçün izahat verməliyəm? Özünü “BMCMİ”nin prokurorluqdakı kuratoru kimi təqdim edən Fərrux Babayev bildirdi ki, “əgər gəlib izahat verməsən, bu məsələni özüm necə lazımdır həll edə bilərəm”. Mən onun kabinetinə getdim. O məndən izahat aldı və mənə “şikayət etməməyi” tapşırdı. Bildirdi ki, “şikayət etsən oğlunun işi ağırlaşa bilər. Elə bil ki, odun üstünə benzin tökmüş olarsan”.

Bu gün görürəm ki, doğrudan da F.Babayev o işə qadir imiş… Qeyd edim ki, Qırmızı Xaç Cəmiyyəti vasitəsilə oğlumla Kürdəxanı İstintaq Təcridxanasında şüşə arakəsmə vasitəsilə telefonla əlaqə saxlaya bildim. Məlum oldu ki, oğlum Namiq, E.Şəkinskinin keçmiş həyat yoldaşı G.Şəkinskaya və uşaqlarının ölkədən qanunsuz çıxması ilə bağlı açılmış cinayət işinə görə həbs olunub. Mənim Ombudsmana müraciətimlə bağlı BMCMİ-nin müstəntiqi Murad Quliyev və prokuror Fərrux Babayev 09.06.2014-cü il tarixdə təcridxanaya gedərək oğlumdan izahat alıblar. Sabahı günü – 10.06.2014-cü il tarixdə Namiq və iş üzrə saxlanılmış, ayrı-ayrı kameralarda olan Pənah və Raqubu təcridxanada “kars”a salınıb. 7 sutka “kars”da saxlanıldıqdan sonra, 7 sutka da əlavə ediblər.

Sual olunur, əgər Namiq daxili intizamsızlıq etmişdisə nə üçün onu tək deyil, iş üzrə saxlanılmış, digər 2 şəxslə birlikdə “kars”a salıblar? Bu isə sifarişin bariz nümunəsidir. Oğlum Namiq həbsinə sanksiya verilməsi üçün Nərimanov Rayon Məhkəməsinə gətirilərkən, hakimin “Namiq taksi sürücüsüdür, ona nə üçün sanksiya tələb edirsiniz” sualına, prokuror F.Babayev dinmədən, şəhadət barmağını yuxarı qaldıraraq “göstərişin yuxarıdan gəldiyinə” işarə edib.

Eyni zamanda, müstəntiq M.Quliyev də məhkəmədə vəkillərin yanında açıq bildirib ki, “mənə belə tapşırıq verilib, mən də icra edirəm”. Həqiqətən də, sonrakı dövrdə biz bu işin E.Şəkinskinin sifarişi ilə aparıldığını gördük. Bu və ya digər şəkildə bizə eşitdirirdilər ki, “Emin Şəkinski prezidentin sinif yoldaşıdır, onun iradəsi qarşısında qanunlar gücsüzdür”. Nəticə də bunu ortaya çıxardı. Oğlum vəkilləri Bəhruz və Tamella bu cinayət işinin sifarişli olduğunu, istintaqın sifarişlə aparıldığını və bu işin arxasında general E.Şəkinskinin dayandığını görüb, oğlumun hüququnu müdafiədən imtina ediblər. Və bununla bağlı vəkil B.Bayramov mediaya açıqlama da verib. Çünki, istintaqı bilavasitə maraqlı tərəf – E.Şəkinskayanın tabeçiliyində olan DİN-nin BMCMİ-nin müstəntiqi M.Quliyev aparıb.

M.Quliyev oğlumu cəmi bir dəfə dindirib və “bu işin arxasında kimin dayandığını” ona xatırladaraq “əgər mən dediyim kimi izahat yazmasan səni narkotiklə ittiham edəcəm” deyə hədələyib. Namiq də əvvəllər polisdə işlədiyi üçün “narkotiklə ittihamın nə olduğunu” bildiyindən, müstəntiq M.Quliyevin diqtəsi ilə izahat yazıb imzalamaşıdır. Sonra M.Quliyev oğluma bu işi ona məcburi etdirdiklərini, “bilirəm ki, sənin günahın yoxdur, onu da bilirəm ki, bu haqsızlıq mənim başımda çatlayacaq” deyib.

Daha sonra isə M.Quliyev təcridxanada Namiqlə görüşərək deyib: “Məni Emin Şəkinski göndərib ki, Namiq cavan oğlandı, onu buraxdıracam, həmişə də köməklik göstərəcəm, valideynləri heç yana şikayət etməsinlər”. Biz də, bu vədə ümidli olaraq, istintaq müddətində heç bir dövlət orqanına müraciət etməmişik. Nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılmış məhkəmə prosesinin yekunu olaraq oğlum Namiq haqqında 18.08.2015-ci il tarixdə sifarişlə, heç bir sübut olmadan, haqsız olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmışdır.

Qeyd edim ki, iş üzrə təqsirli bilinən 12 nəfər 3 maddə ilə ittiham olunur. 318.2-ci maddə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə). Oğlum N.Camalov öz qanuni vətəndaş pasportu ilə sərhədi keçib və geri qayıdıb. Bu haqda onun pasportunda DSX-nin möhürü var. 320.1 320.2 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə). Oğlum N.Camalov vəzifəli şəxs deyil. Hər hansı saxta sənəd vermək səlahiyyəti yoxdur. 177.3.2 (oğurluq).

Məhkəmə zamanı bu maddə sübut olunmayıb və təqsirləndirilən şəxslərin üzərindən götürülüb. Yalnız oğlumun üzərində uydurma ehtimalla saxlanılıb. G.Şəkinskayaya taksi xidməti göstərdiyinə görə, “ailəyə yaxın olduğu və ailə sirlərini bildiyi, bununla da bilavasitə iştirakçı olduğu” ehtimalı ilə 8 il cəza tələb olunub. Təqsirləndirilən şəxslər və şahidlər ifadələrində Namiqi tanımadıqlarını bilıdiriblər. Cinayət işində bildirilir ki, G.Şəkinskaya özünə və uşaqlarına saxta sənədlər düzəltdirmək üçün keçmiş ərinin, birincinin yaşadığı evdə seyfdə saxladığı külli miqdarda (60 min manat) pulunu oğurlayıb. Emin Şəkinski neçə il əvvəl boşandığı qadının yaşadığı evdə necə seyfdə külli miqdarda pul saxlaya bilərdi?

Bundan başqa, E.Şəkinski boşandığı müddətdə keçmiş ailəsinin yaşadığı, Gülnarənin anasının adına olan və anasından miras qalmış evə gediş gəlişi olmayıb. Hətta 7 yaşlı uşağının üzünü görməyib. E.Şəkinski 2014-cü ildə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, uşaqları ilə görüşə icazə verilməsi ilə bağlı iddia qaldırb və qətnamə çıxarılıb. Bu isə göstərir ki, boşandıqdan sonra E.Şəkinski və G.Şəkinskaya arasında sivil münasibətlər olmayıb.

Digər tərəfdən, G.Şəkinskaya pulu götürsə belə, onu başqalarına verərkən, bu pulun “oğurluq” olduğunu onlara hansı məntiqlə söyləyə bilərdi? Digər tərəfdən, məhkəmə hökmündə də göstərildiyi kimi, oğlum Namiq heç zaman göstərdiyi taksi xidmətinə görə Gülnarədən birbaşa pul almayıb. Pulu Namiqə yalnız Əlövsət Əliyev verib.

Müstəntiq M.Quliyev heç bir ekispertiza aparmadan, guya “yarılmış seyf” üzərindən əl izləri götürülmədən, yerli baxış keçirmədən, şahid olmadan cinayət işini istədiyi kimi hazırlayıb aidiyyatı olmayan Ağır Cinayətlər Məhkəməsinə təqdim edəndə hakim qəbul etməyərək, prokurorluğa qaytarmışdır. Həmin gün iş yenidən hazırlanıb təkrar məhkəməyə göndərilib. Və hakim Əfqan Hacıyevin icraatına verilib. Və nəticədə məhkəmə belə bir – hüquqa, qanunlara zidd, vəzifə səlahiyyətlərindən istifadə edən Emin Şəkinskinin sifarişi əsasında ədalətsiz qərar çıxarılıb. Siz hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiəsində durduğunuz üçün, bu işi nəzarətə götürməyinizi, müvafiq instansiyalarda ədalətli və qanunauyğun araşdırılmasına köməklik göstərməyinizi xahiş edirəm.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq