Azərbaycan İdeyası

Azərbaycanda yerli narkobaron tutuldu - FOTO

Tarix:6-08-2016, 22:15
Baxış Sayı:288

Azərbaycanda yerli narkobaron tutuldu - FOTO
Twitter Google+
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində külli miqdarda narkotik tərkibli bitkilər əkib-becərən, hazırda Məntəqə Tipli Cəzaçəkmə Müəssisində qeydiyyatda olan Balakən rayon sakini həbs edilib.

Criminal.az APA-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, Balakən RPŞ-nin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Gərəkli sahəsinin 10 saylı dolayında kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən külli miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib, həmçinin ərazidə gecələmək üçün ağac budaqlarından düzəldilmiş sığınacaq, qida məhsulları və iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar edilib.

Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 50 sm-dən 3 m-ə qədər olan, ümumi çəkisi 315 kq olmaqla 611 ədəd çətənə kolları yığılıb. Keçirilmiş tədbir nəticəsində çətənə kollarını əraziyə əkənin Balakən rayonu Gərəkli kənd sakini 1986-cı il təvəllüdlü Tərlan Şarafaddin oğlu Alibekovun olduğu müəyyən edilib.

Tərlan Alibekov istintaqa verdiyi ilkin ifadəsində əraziyə narkotik bitkiləri əkməsini inkar edib. Lakin çətənə kolları əkilən ərazidəki sığınacaqda qanunsuz saxladığı ov tüfəngi ilə çəkdirdiyi şəkili ona göstərdikdən sonra T.Alibekov törətdiyi cinayəti etiraf edib.

Tərlan Alibekovun yaşadığı evə baxış zamanı onun qanunsuz saxladığı bir ədəd qoşalülə 20 kalibrli, 8891 nömrəli ov tüfəngi maddi sübut kimi götürülüb. Məlumatda bildirilir ki, Tərlan Alibekov əvvəllər CM-nin 234.4.3 maddəsi ilə məhkum olunub, hazırda Şabranda yerləşən 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssəsində qeydiyyatdadır.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir