Azərbaycan İdeyası

Cinayəti etiraf etmirdi, polisin əlinə keçən şəkili hər şeyi alt-üst etdi - FOTO

Tarix:6-08-2016, 22:24
Baxış Sayı:290

Cinayəti etiraf etmirdi, polisin əlinə keçən şəkili hər şeyi alt-üst etdi - FOTO
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində külli miqdarda narkotik tərkibli bitkilər əkib-becərən, hazırda Məntəqə Tipli Cəzaçəkmə Müəssisində qeydiyyatda olan Balakən rayon sakini həbs edilib. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Gərəkli sahəsinin 10 saylı dolayında kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən külli miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib.

Həmçinin ərazidə gecələmək üçün ağac budaqlarından düzəldilmiş sığınacaq, qida məhsulları və iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar edilib. Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 50 sm-dən 3 m-ə qədər olan, ümumi çəkisi 315 kq olmaqla 611 ədəd çətənə kolları yığılıb.

Keçirilmiş tədbir nəticəsində çətənə kollarını əraziyə əkənin Balakən rayonu Gərəkli kənd sakini 1986-cı il təvəllüdlü Tərlan Şarafaddin oğlu Alibekovun olduğu müəyyən edilib. Tərlan Alibekov istintaqa verdiyi ilkin ifadəsində əraziyə narkotik bitkiləri əkməsini inkar edib. Lakin çətənə kolları əkilən ərazidəki sığınacaqda qanunsuz saxladığı ov tüfəngi ilə çəkdirdiyi şəkili ona göstərdikdən sonra T.Alibekov törətdiyi cinayəti etiraf edib.

Tərlan Alibekovun yaşadığı evə baxış zamanı onun qanunsuz saxladığı bir ədəd qoşalülə 20 kalibrli, 8891 nömrəli ov tüfəngi maddi sübut kimi götürülüb.

Məlumatda bildirilir ki, Tərlan Alibekov əvvəllər CM-nin 234.4.3 maddəsi ilə məhkum olunub, hazırda Şabranda yerləşən 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssəsində qeydiyyatdadır. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Cinayəti etiraf etmirdi, polisin əlinə keçən şəkili hər şeyi alt-üst etdi - FOTO
Cinayəti etiraf etmirdi, polisin əlinə keçən şəkili hər şeyi alt-üst etdi - FOTO
Cinayəti etiraf etmirdi, polisin əlinə keçən şəkili hər şeyi alt-üst etdi - FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı