Azərbaycan İdeyası

Pokemon toplayarkən 3-cü ölüm faktı - Üç ölkə qadağan etdi

Tarix:8-08-2016, 12:19
Baxış Sayı:408

Pokemon toplayarkən 3-cü ölüm faktı - Üç ölkə qadağan etdi
San-Fransiskodan olan tələbə pokemon toplayarkən parkda öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dünyada məşhur olan mobil telefon oyununu oynayan 20 yaşlı tələbə naməlum şəxs tərəfindən kürəyindən açılan atəşlə qətlə yetirilib.

Gənc hadisə yerində ölüb, qatil isə gizlənməyə müvəffəq olub.

Xatırladaq ki, bu oyun zmanı yaşanan ilk ölüm faktı deyil. Florida və Qvatemalada pokemon toplamaq üçün evlərə iznsiz girən gənclər ev sahibləri tərəfindən öldürülmüşdülər.

Qısa müddətdə bütün dünyaya yayılan oyuna artıq bəzi ölkələr qadağa qoyub, bəziləri isə bu populyarlığı biznesə çevirməyin yollarını düşünür. Belə ki, Sinqapurda pokemon ovçularına şəxsi sürücü xidməti təklif edilir. Sürücü ilə avtomobilin kirayəsi 22 dollara başa gəlir.

Qeyd edək ki, İndoneziya hökuməti məktəblilərin Pokemon Go oynamasına qadağa qayub. Malayziyanın dini hökuməti isə müsəlman krallığında bu oyunun oynanılmasını qadağan edib.

Qadağanı ilk tətbiq edən ölkə isə İran olub.

Əlaqə üçün E-mail: info@qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI