Azərbaycan İdeyası

Bakıda qanunsuz tikintiyə görə kütləvi dava - FOTOLAR

Tarix:11-08-2016, 11:46
Baxış Sayı:418

Bakıda qanunsuz tikintiyə görə kütləvi dava - FOTOLAR
Nəsimi rayonu, Cavadxan küçəsi 14 və 16-cı binaların idman meydançasının naməlum tikinti şirkəti tərəfindən hasaralanması sakinlərin etirazına səbəb olub. Şirkət sakinlərin etirazına məhəl qoymayıb, əraziyə ağır texnika yerləşdirib, günün sonuna qədər ərazidə texnika işləyib.

Ərazidə olan Bizimyol.info-nun əməkdaşının verdiyi məlumata görə sakinlər tikintini həyata keçirən iş içracılarından sənəd tələb ediblər. Sənəd təqdim edilmədiyi üçün narazı sakinlərlə tikintiyə nəzarət edən şəxslər arasında kütləvi dava baş verib. Əraziyə gələn polis əməkdaşlarının sakinlərin hüququnu qorumaq əvəzinə, sənəd təqdim etmədən ərazidə tikinti işi aparan şirkəti müdafiə etməsi onları hiddətləndirib.

Şikayətçilər bildirirlər ki, polis 4 nəfər sakini polis bölməsinə aparıb, izahatını alaraq buraxıb. Sakinlərin apardığı araşdırmaya görə, iki binanın arasında yerləşən həyət, uşaqların idmanla məşğul olduğu stadion zəbt olunaraq yaşayış binası tikilir. Əməkdaşımızla söhbətində ağır texnikanın idarə edən şəxslər burada kim tərəfindən nəyin tikilməsindən xəbərsiz olduqlarını deyiblər.

Sakinlər Prezident Administrasiyasına ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edərək pozulmuş hüquqlarının bərpa olunmasını tələb ediblər.
Bakıda qanunsuz tikintiyə görə kütləvi dava - FOTOLAR
Bakıda qanunsuz tikintiyə görə kütləvi dava - FOTOLAR
Bakıda qanunsuz tikintiyə görə kütləvi dava - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı