Azərbaycan İdeyası

Bakıda stəkanla öldürülən mühasibin oğlu: ''Vüsal, gözlərimin içinə bax. Utanmadınızmı...'

Tarix:13-08-2016, 22:57
Baxış Sayı:392

Bakıda stəkanla öldürülən mühasibin oğlu: ''Vüsal, gözlərimin içinə bax. Utanmadınızmı...'
Bakıda 76 yaşlı mühasib qadını stəkanla öldürən və mənzilindən nağd pul və qızıl oğurlayan şəxslər hakim qarşısına çıxarılıb. Criminal.az saytı musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hadisəni törədənlər- 1989-cu il təvəllüdlü Bakı şəhər, Xətai rayon sakini Məhərrəmov Şəmsi Akif oğlu və 1991-ci il təvəllüdlü Hövsan qəsəbə sakini İsayev Musa Camal oğlu əvvəllər məhkum olunmayıblar. Qonşu olan gənclər 2016-cı il, aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilinə girərək onu stəkanla qətlə yetiriblər.

Təqsirləndirilənlərdən V.İsayev mənzilə daxil olarkən stolun üstündəki stəkanla N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə zərbə endirib. Yaşlı qadın mənzildə qan itirməsindən dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Saxlanılanlardan Vüsal İsayevin mərhumun qonşusu olduğu məlum olub. Hadisəni tamah məqsədi ilə törədən gənclər mənzildən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı da təhvil veriblər. Məhkəmədə zərərçəkmişin hüquqi varisi kimi oğlu Sultanov Məmmədmirzə Pirqulu oğlu tanınıb. M.Sultanov məhkəmə zalında təqsirləndirilənlərə üzünü tutaraq bu əməllərinə görə onları qınayıb.

Qonşuları olan Vüsal İsayevdən gözlərinə baxmasını istəyən M.Sultanov bunları qeyd edib: "Vüsal, gözlərimin içinə bax. Utanmadınızmı yaşlı qadına əl qaldıranda? Mənə cavab verin". Təqsirləndirilən şəxslər M.Sultanova cavab verməyiblər.

Qeyd edək ki, Melli Sultanova Bakıdakı beton zavodlarından birində mühasib vəzifəsində çalışıb. Tək yaşayan qadından xəbər ala bilməyən oğlu qonşularına zəng edib. Qonşular qapını döysə də yaşlı qadın cavab verməyib. Qapını qırıb mənzilə girən qonşuların N.Sultanovanın cansız bədənini tapıblar.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı