Azərbaycan İdeyası

İcra başçısının oğlunun qatili damarlarını doğradı

Tarix:13-08-2016, 22:59
Baxış Sayı:443

İcra başçısının oğlunun qatili damarlarını doğradı
Bir neçə il əvvəl Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetiirdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev intihara cəhd edib. O, cəza çəkdiyi Qobustan qapalı həbsxanasından Kürdəxanıdakı 1 saylı İstintaq təcridxanasına aparılan vaxt damarlarını doğrayıb.



Buna səbəb V.Əliyevə telefonu satana yox, ona əlavə cəza verilməsinə etiraz etməsidir. Bu barədə Criminaı.az saytına omürlük məhbusun anası Məlahət İsmayılova məlumat verib.
İcra başçısının oğlunun qatili damarlarını doğradı
Xatırladaq ki, bir müddət əvvəl məhbusun anası Criminal.az saytına oğlunun başına gələnlərlə bağlı ətraflı məlıumat vermiş, eyni zamanda oğlunun ona qarşı haqsızlıqlara son qoyulmayacağı halda ölüm mesajını çatdırmışdı.

Buna bax: Aslanovun oğlunun qatili Qobustandan ölüm mesajı verdi: ''Ana özümü öldürəcəm''

Məlumat üçün bildirək ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir) azadlıqdan məhrum edilmişdi.

Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı. Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı