Azərbaycan İdeyası

Ev sahiblərini yatızdırıb xeyli pul apardılar - Göytəpədə

Tarix:17-08-2016, 11:09
Baxış Sayı:380

Ev sahiblərini yatızdırıb xeyli pul apardılar - Göytəpədə
Cəlilabad rayonunda oğuluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsinin sakini Ələsgər Hüseynova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər evin həyətindəki nərdivanı ikinci mərtəbənin pəncərəsinə söykəyərək, oradan otağa daxil olublar. Onlar evdə olan sandığı sökərək içindəki 9 min ABŞ dollarını və 13 min manatı götürüb özləri ilə aparıblar.

Məlumata görə, oğurluq baş verən zaman ev sahibinin oğlu Anar Hüseynov otaqda yatıbmış. Ailə üzvləri oğurluğun planlı şəkildə həyata keçirildiyini, qabaqcadan onlara yuxu dərmanı verildiyini və ya qaz buraxıldığını deyiblər. O da bildirilib ki, oğrular sandıqdakı 6-7 min manat dəyərində olan qızıl-zinət əşyalarına toxunmayıblar.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsi məlumatlandırılıb. Polis əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri barmaq izlərini götürüblər. Hazırda oğruların yaxalanması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri görülür.
Ev sahiblərini yatızdırıb xeyli pul apardılar - Göytəpədə
Ev sahiblərini yatızdırıb xeyli pul apardılar - Göytəpədə
Ev sahiblərini yatızdırıb xeyli pul apardılar - Göytəpədə
Ev sahiblərini yatızdırıb xeyli pul apardılar - Göytəpədə

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı