Azərbaycan İdeyası

Biznesmen özünü öldürmək istədi

Tarix:22-08-2016, 12:10
Baxış Sayı:396

Biznesmen özünü öldürmək istədi
Moskva ətrafındakı Protvino qəsəbəsindən olan iş adamı erməni Sergey Sedrakyan Lyuberets şəhər məhkəməsində ona elan olunan hökmü ədalətsiz hesab etdiyindən özünü öldürməyə cəhd edib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, soyğunçuluq etdiyinə görə onun ciddi rejimli həbsxanada cəza çəkməsi ilə bağlı hökm çıxarılıb. Erməni iş adamı isə iddia edir ki, günahsızdır və onu şərləyiblər.

Məlumatda qeyd edilir ki, avtoservisin sahibi olan Sergey Sedrakyan bi il əvvəl atasının tanışının evinə hücum edib. O zaman zərəçəkənlər onun 1,2 milyon rubl oğurladığını iddia ediblər. “Qonşu ilə adi məişət çəkişməsi, dava olub. Ancaq zərərçəkənlər ərizə yazaraq bəyan ediblər ki, külli miqdarda pul olan çanta oğurlanıb. Halbuki Sergey onu götürməyib. Sonradan onlar deyiblər ki, əgər 500 min rubl ödənilərsə, ərizəni geri götürəcəklər”, - təqsirkar hesab olunanın dostu deyib. Onun sözlərinə görə, Sedrakyana qarşı işdə anlaşılmazlıq olub, ona görə biznesmen polislərlə və məhkəmə özbaşınalığı ilə mübarizə üçün radikal üsul seçib: “O, özünə qarnından və qolunun venasından xəsarətlər yetirib”.

Məhkəmə nəzarətçiləri baş verən hadisələrə operativ reaksiya verərək Sergey Sedrakyandan ülgüc götürüblər. O, qan içində tibb müəssisəsinə aparılıb, zəruri yardım edilib. Hazırda həyatına təhlükə yoxdur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı