Azərbaycan İdeyası

Bank müdürinin qətl işinə baxan hakim dəyişdirildi

Tarix:9-09-2016, 12:23
Baxış Sayı:389

Bank müdürinin qətl işinə baxan hakim dəyişdirildi
Bakı Apelyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayətinə baxan hakim dəyişdirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, bundan öncəki iclaslar hakim Faiq Qasımovun sədrliyi ilə keçirilib.

F.Qasımov prosesin məhkəmə istintaqı olmadan keçirilməsinə qərar verib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayəti Ali Məhkəmə tərəfindən qəbul edilməyib. Artıq prosesə hakim İlqar Murquzov sədrlik edəcək.

Qeyd edək ki, hadisə ötən ilin aprelin 21-də "Avropa" otelində baş verib. Münaqişə nəticəsində Azər Məmmədov vəfat edib, Ruslan Əfəndiyev və Ceyhun Nağıyev yaralanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Quliyev ömürlük, Mövlud Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.
Soldan birinci Ruslan Əfəndiyev, ortada Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev.
http://www.criminal.az/newsphotosession/2016/09/09/637x400xcahangir.jpg.pagespeed.ic.KCPQJq6ywd.webp

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı