Azərbaycan İdeyası

Bakıda Hətəmpaşanı öldürən gəncin istəyi reallaşmadı

Tarix:5-08-2016, 10:23
Baxış Sayı:318

Bakıda Hətəmpaşanı öldürən gəncin istəyi reallaşmadı
Bakı Apellyasiya Məhkəməsində Şahlar Əliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə keçən il Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb.

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qeyd edək ki, A.Dəmirova daha əvvəl kişi olub. Adı isə Hətəmpaşa olub. O, daha sonra əməliyyatla cinsiyyətini dəyişdirib qadın olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı