Azərbaycan İdeyası

İslamçıların əsir aldığı qız yüksək mükafata layiq görüldü

Tarix:12-10-2016, 13:47
Baxış Sayı:226

İslamçıların əsir aldığı qız yüksək mükafata layiq görüldü
Hüquq müdafiəçisi Nadia Murad insan hüquqları sahəsində fəaliyyətə görə verilən Vaclav Havel Mükafatının dördüncü laureatı olub. 23 yaşlı fəal Nadia Murad İraqın yezidi icmasını təmsil edir. Yezidi icması «İslam Dövləti» qruplaşmasının silahlıları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalır, qul vəziyyətinə salınır.

Avropa Şurası Parlament Assambleyası oktyabrın 10-da Strasburqda keçirilmiş xüsusi mərasimdə 60 min avroluq mükafatı Nadia Murada təqdim edib. 2014-cü ildə üç ay İraqın şimalında «İslam Dövləti» qruplaşması yaraqlılarının əsirliyində qalmış Murad sonradan Almaniyaya qaça bilib. O vaxtdan da tanınmış hüquq müdafiəçisi və BMT-nin sülhməramlı səfiri olub.

Murad quldarlıq və insan alveri obyektinə çevrilmiş yezidi icmasının ağır durumu barədə dünyaya məlumat vermiş ilk insanlardan biridir. Havel mükafatının digər iki finalçısı serb jurnalisti Gordan Igrich və Beynəlxalq İnsan Hüquqları İnstitutu/Rene Cassin Fondudur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı