Azərbaycan İdeyası

Erməni komandirin müharibə qorxusu

Tarix:6-04-2017, 10:18
Baxış Sayı:295

Erməni komandirin müharibə qorxusu
Azərbaycan ordusunun hərbi texnikası
"İstənilən an aprel müharibəsi təkrarlana bilər"
"Qarabağ münaqişəsi zonasında müharibə davam edəcək". İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, qarşı tərəfin müharibə qorxusunu öz komandirləri dilə gətirib.
Birinci kəşfiyyat-diversiya bölüyünün baş komandiri Vova Vartanov belə deyib. Erməniləri qorxuya salan isə Azərbaycanın yeni silah-sursatı və hərbi texnikası olub.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki bazasının ciddi şəkildə yenilənməsini nəzərə alsaq istənilən an aprel müharibəsinə bənzər hadisələr təkrarlana bilər. "Hücumlar intensivləşə bilər".
Kəşfiyyatçı baş verə biləcək hər hansı hücumun qarşısını almaq üçün Ermənistanın da texnikasını yeniləməyə çalışdığını gizlətməyib.
Adıçəkilən şəxs özü ötən ilin aprel döyüşlərindən sonra erməni kəşfiyyatçılarının uğursuzlarını etiraf edib. “Çünki, əgər bütün kəşfiyyatçılar, məsələn, min nəfər, məlumata malikdirlər, amma hərbi-siyasi rəhbərliyə reallığı analitik vəziyyətdə çatdıra bilmirlərsə, bu kəşfiyyatın səriştəsizliyini göstərir, çünki hərbi rəhbərliyin bilgisizliyi, kəşfiyyatın bilgisizliyidir.
Bir şeyi görmək, eşitmək azdır, bütün bunları müvafiq adamlarla təhlil etməli, çeynəməli, hətta generalların piylənmiş beyinləri üçün həzm edilən hala gətirməlisən və ali idarə heyətinə elə təqdim etməlisən ki, onda şübhə qalmasın”.
O bildirib ki, cəbhədə erməni əsgərlərinin ölüm hallarının sayını azaltmaq üçün hökumət ordunu müasir texnika ilə təmin etməlidir. “Hökumət başçıları gedib restoranlarda az yeyib-içsinlər, xarici ölkələrdə az dincəlsinlər. Düşünürəm ki, əgər belə etsələr orduya pilotsuz təyyarələr də almaq olar, ölən əsgərlərimizin sayı da azalar”.Erməni komandirin müharibə qorxusu

İstipress

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı