Azərbaycan İdeyası

Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO

Tarix:18-05-2017, 14:13
Baxış Sayı:511

 Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO
 Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO
Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib.
Korrupsiya və Qanun saytı ARB TV-yə istinadən xəbər verir ki, nəticədə ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.
Sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub.
Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb.
Hazırda xətlərin bərpası işləri aparılır. Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.
Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib.
Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.
Şimal-qərb bölgəsində Yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir
 Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO
 Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO
 Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO
 Güclü daşqınlar Şamaxıda ailələri evsiz qoydu – FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı