Azərbaycan İdeyası

Kənd Təsərrüfatı Nazirliyindən açıqlama: “Bahalaşma olmayacaq”

Tarix:15-06-2016, 19:37
Baxış Sayı:498

 Kənd Təsərrüfatı Nazirliyindən açıqlama: “Bahalaşma olmayacaq”
“Kənd təsərrüfatına dəymiş ziyan o qədər də böyük deyil. Bu səbəbdən bahalaşma ilə bağlı verilən proqnozlar özünü doğrultmayacaq. Bahalaşma olmayacaq. Əksinə, bir neçə günə bazarda məhsul bolluğu bir az da artacaq”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev musavat.com-a açıqlamasında bildirib.

Nazirlik sözçüsü bildirib ki, şəxsən regionlardakı vəziyyəti müşahidə edib və fermer təsərrüfatlarına elə də ciddi ziyan dəymədiyinin şahidi olub: “İndi mən İmişli rayonundayam. Buradan Beyləqana gedirəm, vəziyyəti birbaşa müşahidə edirəm. Yağıntılar müəyyən qədər kənd təsərrüfatına ziyan vurub, meyvə sahələrinə təsir göstərib. Ancaq bunun istehsala elə bir ciddi təsiri olmayacaq. Çünki yağıntılar lokal şəkildə düşüb, kütləvi olmayıb. Əsasən taxılçılığa təsir edib. Nəzərə alsaq ki, indi taxılın biçim vaxtıdır. 15 gündən artıqdır ki, taxıl biçilir. Güclü yağış düşən yerlərdə taxıl zəmiləri yatıb. Ancaq bu itki demək deyil, kombayn həmin taxılı normal biçəcək. Bölgələrdən asılı olaraq bu yağış bəzi sahələrə ziyan vurub. Qərb bölgəsində meyvələrə təsir göstərib. Bəzi rayonlarda kartofçuluğa ziyan dəyib. Ancaq ümumi götürəndə istehsala ciddi mənfi təsiri yoxdur”.

M.Hacıyev bölgələrdə əkin sahələrinə və meyvə bağlarına dəyən ziyanın bahalaşmaya səbəb olmayacağını da vurğuladı: “Bəzi ekspertlər şərh verirlər ki, meyvələrdə və bəzi kənd təsərrüfatı məhsullarında bahalıq olacaq. Amma bir tendensiya gözlənilmir. Çünki iri fermer təsərrüfatlarına ciddi ziyan dəyməyib. Fərdi təsərrüfatlara, həyətyanı sahələrdəki əkinlərə ziyan dəyib. Bu da elə böyük bir miqyasda deyil. Ümumi yem istehsalına, xüsusilə də qarğıdalı əkinlərinə müsbət təsiri var. Saatlı rayonunda artıq təkrar əkin həyata keçirilir. Yığılan arpa və buğdanın yerinə yem bitkiləri, qarğıdalı və sair paxlalı bitkilər səpilir. Bu baxımdan bahalaşmanın olacağını gözləmirik. Yağışlar yığımlara bir qədər təsir göstərib. Təxminən 10 günə yerdə qalan məhsul da yığılacaq. Bu da bazarda məhsul bolluğuna səbəb olacaq”.

Sığorta məsələsinə gəlincə, Murtuzəli Hacıyev bildirdi ki, təsərrüfatına ziyan dəyən fermerlərdən kimlər əkin sahələrini sığortalayıbsa, onlar sığorta haqlarını 50 faizi dövlət tərəfindən ödənilmək şərtilə alacaqlar: “Lakin kimlər ki, təsərrüfatını sığortalamayıb, onlar heç nə almayacaqlar. Dövlət kənd təsərrüfatına yetərincə dəstək verir. Bildiyiniz kimi, 1 həftə öncə Nazirlər Kabineti qərar çıxartdı ki, pambıq bitkisinə də əlavə subsidiya verilsin. Hər hektara əlavə 40 manat subsidiya verilir. Təbii hadisələr nəticəsində dəymiş ziyanın kompensasiyası da bütün sığortalanan təsərrüfat sahiblərinə ödəniləcək”.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir