Azərbaycan İdeyası

Tutaq ki, ev verildi, bəs təhsil? - Süpürgəçi qadının övladlarıyla bağlı mühüm təklif

Tarix:5-04-2018, 15:49
Baxış Sayı:366

 Tutaq ki, ev verildi, bəs təhsil? - Süpürgəçi qadının övladlarıyla bağlı mühüm təklif

Bir neçə gün öncə magistral yolu təmizləyərkən avtomobil qəzası nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahova həyatını itirib.
Onun iki övladı - Zümrüd və Jalə Məmmədovalar isə valideyn himayəsindən məhrum vəziyyətdə qalıblar. Ataları da illər öncə onları tərk etdiyindən hazırda qızlar xalaları Tünzalə Salahovanın himayəsindədirlər. Özü də süpürgəçi işləyən və kirayədə yaşayan tənha qadın anasız uşaqları saxlamaqda çətinlik çəkir. Ağır həyat şəraiti keçirən ailənin azyaşlı uşaqları belə küçədə sellofan torbaları yığıb sataraq dolanırlar. Aidiyyəti qurumlar, səlahiyyətli şəxslər onlar maddi durumu ilə maraqlanıblar, hətta onlara mənzil veriləcəyi də bildirilir.

 Tutaq ki, ev verildi, bəs təhsil? - Süpürgəçi qadının övladlarıyla bağlı mühüm təklif
Ucqar kənd müəllimi Həbib Əlizadə isə feysbuk hesabında onların təhsili ilə bağlı paylaşım edərək, özəl liseylərdən birinin onlara könüllü şəkildə təhsil verməsini təklif edib. O, bununla bağlı fikirlərini daha ətraflı AzEDU.az saytı ilə bölüşüb:
“Sosial şəbəkə vasitəsilə bütün liseylərə müraciət edirəm. Xeyli təhsil ictimaiyyəti bizi izləyir. Düşünürəm ki, onlardan biri könüllü buna razılıq versə, əla olardı. Bu, həm də, onların müsbət imicinə təsir edər.
Açığı təzə müraciət etdiyimə görə hələ ki, cavab yoxdur. Ümid edirəm ki, gün ərzində və ya sabaha hansısa reaksiya olar”.
O, təklifi məhz özəl məktəblərə etməsinin səbəbini belə izah edib:
“Bu uşaqlar artıq anasızdır, ataları da onları atıb. Onlara xüsusi dəstək və nəzarət lazımdır ki, yaxşı təhsil alsınlar. Bu isə orta məktəbdə bir qədər çətin olar. Özəl məktəblərin isə imkanları genişdir. Onların hətta yataqxanaları da var. Belə məktəblər hər bir şagirdlə istisnasız ciddi maraqlanırlar.
Nəzərə alaq ki, onlar hələ uzun müddət oxuyacaqlar. Hazırda bu uşaqlara edilən yardım birdəfəlik və müvəqqəti olur. Təhsilləri ilə bağlı edilən kömək isə uzunmüddətli olacaq. Onsuz da onlar digər bütün uşaqlar kimi orta məktəbdə eyni haqlara sahibdirlər. Lakin valideynsiz və maddi vəziyyətin ağırlığı yəqin ki, onları işləməyə məcbur edəcək. Buna görə də təhsildən yayınacaqlar. Özəl məktəbdə isə bunlar olmayacaq”.
Həmin uşaqlara baş çəkən millət vəkili Qənirə Paşayeva azedu.az-a açqlamasında onların təhsil məsələlərini diqqət mərkəzində olduğunu deyib:
“Biz bunları ailə ilə müzakirə etmişik. Qızlara da demişik ki, yaxşı oxuyun, həmişə təhsilinizə dəstək olarıq. Evləri tikilən ərazinin yaxınlığında ən yaxşı dövlət məktəbi hansıdırsa, ora yerləşdiriləcəklər. Uşaqların özünə də bu haqda demişik.
Qaldı ki, özəl məktəbə, bu çox yaxşı təklifdir. Əgər özəl məktəblərimizdən biri bu addımı atsa, biz sadəcə hamımız ona təşəkkür edər, minnətdar olarıq ki, belə bir xeyirxahlıq edirlər. Mən başda olmaqla bütün xalqımız onları alqışlayar. Bu, cəmiyyətə də müsbət mesaj olar”.

 Tutaq ki, ev verildi, bəs təhsil? - Süpürgəçi qadının övladlarıyla bağlı mühüm təklif

OXŞAR XƏBƏRLƏR
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
16.01.2026 - Bakıda şaxta olacaq
16.01.2026 - Bakıda şaxta olacaq
Dünən xeyli silah-sursat aşkarlanıb
Dünən xeyli silah-sursat aşkarlanıb
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər