Azərbaycan İdeyası

“Bəxt amili”, yoxsa?.. - Lift qəzasının yeni detalları

Tarix:5-10-2018, 13:35
Baxış Sayı:246

 “Bəxt amili”, yoxsa?.. - Lift qəzasının yeni detalları

Bakıdakı yeni tikililərdən birində liftin qırılması və bu zaman şaxtada işləyən xadimənin başına düşməsi ilə bağlı xəbər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Korrupsiys-q.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin detalları bir neçə saat sonra üzə çıxıb.
Belə ki, Bakının Nəsimi rayonu, Asif Məhərrəm küçəsi 44 ünvanındakı binalardan birində naməlum səbəblərdən liftdə nasazlıq yaranıb. Binanın komendantı Sultanməcid Əzizov lifti binanın 6-cı mərtəbəsində saxlayıb və sakinlərə təmir işlərinin getdiyini bildirib.
Binada xadimə işləyən Mahirə Yusifovaya isə şaxtanı təmizləmək tapşırılıb. Naməlum səbəblərdən 6-cı mərtəbədə olan lift qırılıb və yüksək sürətlə 37 yaşlı xadimənin üzərinə düşüb. O, hadisə yerində keçinib. Daha sonra hadisə yerinə gələn FHN əməkdaşları çətinliklə Yusifovanın cəsədini şaxtadan çıxarıblar.
Maraqlı detallar isə liftin qarşısında quraşdırılan müşahidə kameralarına əks olunan kadrlara baxan zaman üzə çıxıb.
Kadrları izləyən Yusifovanın həyat yoldaşının sözlərinə görə, arvadı və komendant 17:44-də şaxtaya girib.
“Sonra Soltan oradan çıxır. Həyat yoldaşım isə orada qalır. 17:56-da isə lift qırılır”, - o deyib.
Orada, əslində, nə baş verib? Komendantın bu hadisə zamanı bəxtinin gətirdiyi və ya əvvəlcədən hadisənin baş verəcəyindən xəbərdar olduğu araşdırmalardan sonra bəlli olacaq.
Qeyd edək ki, hazırda polis və prokurorluq əməkdaşları hadisənin istintaqı ilə məşğuldur.
Bakıda lift xadimənin başına düşdü

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı